Milli oyanış və milli birlik
günü
17 noyabr ölkəmizdə
Milli Dirçəliş
Günüdür. 1988-ci il noyabrın 17-də
Ermənistanın Azərbaycana
qarşı ərazi iddialarına etiraz olaraq Bakıda mitinqlər başlayıb.
Fasiləsiz mitinqlər eyni
zamanda ölkədə
müstəqilliyə aparan
xalq hərəkatına
təkan verib. 1992-ci ildə 17 noyabr
tarixi Milli Dirçəliş Günü
elan edilib. Əlamətdar gün münasibətilə
bölgələrdəki mədəniyyət
müəssisələrində bir sıra tədbirlər
keçirilib.
Biləsuvar RMİ Cəbrayıl rayon Mədəniyyət
evinin Qalacıq, Şıxlar və Hovuslu kənd klubları “Azadlığa
gedən yol” başlığı altında
tədbir təşkil
ediblər.
***
Masallı RMİ Cəlilabad rayon Şabanlı
kənd Mədəniyyət
evində Milli Dirçəliş Gününə
həsr olunmuş tədbir keçirilib. Mədəniyyət evinin direktoru Cəmil Əzizov çıxış edərək
əlamətdar günün
tarixi haqqında məlumat verib.
***
Şəki RMİ Zaqatala rayon Mədəniyyət
Mərkəzinin tabeliyindəki
Car kənd Mədəniyyət
evində “Dirçəlişin
mübarək, Azərbaycan!”
başlığı altında
tədbir keçirilib. Tədbir torpaqlarımızın
azadlığı uğrunda
canını qurban vermiş şəhidlərin
xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Çıxış edənlər ölkəmizin
müstəqilliyinə gedən
yoldan danışıblar.
***
Ağstafa RMİ Qazax rayon MKS-nin
E.Hüseynov adına
Mərkəzi Kitabxanasının
Uşaq şöbəsində
“Birliyimizin sübut günü” adlı tədbir keçirilib. Baş kitabxanaçı Rahidə
Kazımova şagirdlərə
Milli Dirçəliş
Günü və Azərbaycanın müstəqillik
tarixi haqqında ətraflı məlumat verib.
Tovuz rayon Qovlar
şəhər Uşaq
musiqi məktəbində
“Azadlıq üçün
ayağa qalxan xalq” adlı tədbir təşkil olunub. Çıxışlarda qeyd olunub ki, Ermənistanın Azərbaycana qarşı açıq təcavüzü
başlandığı zaman
xalqımız ayağa
qalxaraq erməni separatizminin önünü
kəsmək üçün
meydanlara axışıb.
***
Ağcabədi Regional Mədəniyyət İdarəsi
(RMİ) Ağcabədi rayon Heydər Əliyev Mərkəzində Milli Dirçəliş Günü
münasibətilə tədbir
təşkil olunub. Rayon İcra Hakimiyyətinin əməkdaşı Vüsalə
Məmmədova, mərkəzin
direktor səlahiyyətlərini
icra edən Rövşanə Əliyeva
və digərləri
çıxış edib,
əlamətdar günün
tarixi və əhəmiyyəti barədə
söz açıblar.
***
Gəncə RMİ Gəncə şəhər
Mədəniyyət Mərkəzində
Milli Dirçəliş
Günü ilə əlaqədar keçirilən
tədbirdə bildirilib
ki, bu gün
ulu öndər Heydər Əliyevin dövlətçilik yolu
ilə inamla irəliləyən Azərbaycan
Prezident İlham Əliyevin liderliyində yeni uğurlara doğru gedir.
Samux rayon MKS-nin Mərkəzi Kitabxanasının Uşaq şöbəsi “Dirçəliş Günün mübarək, Azərbaycan!” başlığı altında tədbir təşkil edib. Mövzu ilə bağlı videoçarxlar nümayiş olunub, şagirdlər vətənpərvərlik mövzusunda şeirlər söyləyiblər.
***
Sabirabad RMİ Şirvan Dövlət Rəsm Qalereyası və
Gənclərin İnkişaf və Karyera Mərkəzi Şirvan
nümayəndəliyinin birgə təşkilatçılığı
ilə “Milli oyanış və milli birlik günü”
adlı sərgi keçirilib. Sərgidə
Şirvan şəhərində yaşayan həvəskar gənclərin əl
işləri nümayiş olunub.
Mədəniyyət.- 2022.- 18
noyabr.- S.4.