Münəvvər Kələntərlinin 110 illiyi münasibətilə tədbir

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Suraxanı rayon Heydər Əliyev Mərkəzində milli kinomuzunteatr sənətimizin inkişafında müstəsna xidmətləri olan Əməkdar artist Münəvvər Kələntərlinin (1912-1963) anadan olmasının 110 illiyi münasibətilə tədbir keçirilib.

Tədbirdə Suraxanı rayonu 114, 232, 327 nömrəli tam orta məktəblərin müəllim və şagird kollektivi iştirak edib.

Mərkəzin kiçik elmi işçisi Firəngiz Məlikbəyli qonaqları salamlayaraq, Münəvvər Kələntərlinin həyatı və yaradıcılığı haqqında danışıb. Qeyd edib ki, aktrisa OperaBalet, Musiqili Komediya teatrlarında fəaliyyəti ilə yanaşı, 10-dək filmdə yaddaqalan obrazlar yaradıb. 1945-ci ildə çəkilən “Arşın mal alan” filmindəki Cahan xala obrazında olan mülayimlik, səmimiyyət, “Bəxtiyar”dakı (1956) Gülzar obrazındakı səmimiyyət, “Görüş”dəki (1955) Münəvvərə xas ötkəm xasiyyət, işini sevən, məsuliyyətli, lazım gəldiyi zaman sərt, bir o qədər mülayimlik nümayiş etdirməsi və s. kimi cəhətlər aktrisanın təbiətinə xas olan keyfiyyətlər idi.

Sonra Münəvvər Kələntərlinin rol aldığı “Arşın mal alan” və “Görüş” filmləri nümayiş olunub.

 

Mədəniyyət.- 2022.- 18 noyabr.- S.7.