Bakı Caz Festivalı davam edir

 

Xəbər verdiyimiz kimi, 15-20 noyabr tarixində Bakı növbəti caz festivalına ev sahibliyi edir. Mədəniyyət Nazirliyinin dəstəyi Paşa Holdinq”in baş sponsorluğu ilə keçirilən XVII Bakı Beynəlxalq Caz Festivalı zəngin proqramı ilə müxtəlif ölkələrdən məşhur ifaçı qrupları sənətsevərlərlə görüşdürür.

Festivalın açılış mərasimi noyabrın 15-də ADA Universitetində keçirilib. Mərasimdə Prezident Administrasiyası Humanitar siyasət, diaspor, multikulturalizm dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, mədəniyyət naziri Anar Kərimov, mədəniyyət incəsənət xadimləri, caz musiqisi həvəskarları iştirak ediblər.

Konsertdən öncə Bakıda caz festivallarının tarixinə nəzər salınıb. Qeyd olunub ki, Bakıda ilk dəfə Caz festivalı sovet dövründə, 1967-ci ildə keçirilib. Diqqətə çatdırılıb ki, müstəqilik dövründə əsası qoyulan Bakı Beynəlxalq Caz Festivalı ənənəvi olaraq öz pərəstişkarlarına geniş proqram təqdim edir. Festival çərçivəsində konsertlərdən əlavə, incəsənət sərgiləri caz mövzulu kino günləri təşkil olunur.

Bu il festivalın proqramına istedadlı rəssam Ramina Səadətxanın əsərlərindən ibarətRəqs edən cazlayihəsi   caz əfsanəsi Maylz Devis haqqında filmin təqdimatı da daxildir.

Qeyd olunub ki, XVII Bakı Beynəlxalq Caz Festivalının açılış mərasiminin ADA Universitetində keçirilməsi təsadüfi deyil. ADA Universiteti gənclərin, tələbələrin inkişafı üçün bir çox layihələr həyata keçirir.

Sonra festivalın yaradıcılarından biri olan tanınmış cazmen, saksofon ifaçısı, Əməkdar artist Rain Sultanov tamaşaçıları salamlayıb.

Açılış mərasimində çıxış edən ADA Universitetinin rektoru Hafiz Paşayev ənənəvi caz festivalının açılışına ev sahibliyi etməkdən şərəf duyduqlarını bildirib. O, illər öncə caz musiqisi ilə tanışlığına dair xatirəsini tədbir iştirakçıları ilə bölüşüb. ADA Universitetinin rektoru tədbirə gələn hər kəsə təşəkkürünü bildirib.

Mədəniyyət naziri Anar Kərimov Bakı Beynəlxalq Caz Festivalının gözəl bir ənənəyə çevrilməsindən söz açıb. O, builki festivalın açılış mərasiminin ADA Universitetində təşkilinə görə rektor Hafiz Paşayevə minnətdarlığını bildirib. Nazir qeyd edib ki, builki festivalda gənclərə xüsusi yer ayrılıb. Festival çərçivəsində onlar arasında müsabiqə keçiriləcək. Bakı Beynəlxalq Caz Festivalının coğrafiyası ildən-ilə böyüyür. Bu il Almaniya, İsveçrə, İtaliya, İsrail, Braziliya digər ölkələrdən ifaçılar çıxış edəcəklər. Əminik ki, festival Azərbaycanda olan caz ənənələrini daha da inkişaf etdirəcək.

Festivalın açılışında Braziliyanın Azərbaycandakı səfiri Manuel Adalberto Karlos Monteneqro Lopes da Kruz da çıxış edərək bu mərasimdə olmaqdan məmnunluğunu söyləyib tədbirin təşkilatçılarına təşəkkürünü bildirib.

Daha sonra “Grammy” mükafatı laureatı, isveçrəli ifaçı Qreqori Maret konsert proqramını təqdim edib. Konsertdə məşhur cazmenlə bərabər gənc azərbaycanlı pianoçu Elbəy Məmmədzadə çıxış edib.

Qeyd edək ki, noyabrın 16-da festival çərçivəsindəHypnoze Club”da braziliyalı musiqiçi Eloiza Lourenso çıxış edib.

Noyabrın 17-də “QGallery”də rəssam Ramina SəadətxanınRəqs edən cazsərgisi açılıb. Sərgidə tamaşaçılar caz sədaları altında yaradılmış rəsmlərə baxıblar.

Həmin gün “YARAT” Müasir İncəsənət Mərkəzində kinoşünas Ülvi Mehdinin aparıcılığı ilə caz əfsanəsi Maylz Devis haqqında filmin təqdimatı olub.

Festivalın 18-20 noyabr konsertləri Beynəlxalq Muğam Mərkəzində keçirilir.

 

Mədəniyyət.- 2022.- 18 noyabr.- S.1;3.