Fikrət Əmirovun 100 illiyinə həsr olunan festivalın növbəti konserti
Dünya şöhrətli Azərbaycan
bəstəkarı, SSRİ Xalq artisti Fikrət
Əmirovun 100 illik yubileyi münasibətilə
Mədəniyyət Nazirliyi
tərəfindən musiqi
festivalı keçirilir. 12-23 noyabr tarixlərini əhatə edən festivalın konsert və tamaşa nümayişləri davam edir.
Festival çərçivəsində noyabrın 17-də M.Maqomayev
adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında daha bir konsert
proqramı təqdim olundu.
Musiqi axşamının
tamaşaçıları arasında Mədəniyyət
Nazirliyi Musiqi sektorunun müdiri Vüqar Hümbətov, mədəniyyət və
incəsənət xadimləri,
musiqisevərlər var
idi.
Musiqişünas, Əməkdar mədəniyyət
işçisi Səadət
Təhmirazqızı qonaqları
salamlayaraq dedi ki, bu axşam
təqdim olunacaq musiqi əsərləri hər birimizin könlünü oxşayacaq.
Çünki Fikrət Əmirov
bu əsərləri sevə-sevə qələmə
alıb. Onun simfonik
muğamları və
“Nizami” simfoniyası dünyanın məşhur
dirijorlarının bədii
rəhbərliyi ilə
orkestrlər tərəfindən
ifa olunub. Fikrət Əmirov “Sevil” operası ilə Azərbaycanda lirik-psixoloji
operanın əsasını
qoyub. Bəstəkarın “Min bir gecə”
baleti isə dünya musiqi xəzinəsinin inciləri
sırasına daxildir.
Sənətkar həmçinin musiqi
mədəniyyətimizə “Şur”, “Kürd-ovşarı”
və “Gülüstan,
Bayatı-Şiraz” kimi
simfonik muğamlar bəxş edib. “Nizami” baleti, “Azərbaycan kapriççiosu”,
“Azərbaycan süitası”,
“Azərbaycan qravürləri”
bəstəkarın zəngin
irsinin dəyərli səhifələrini təşkil
edir.
Sonra konsert proqramı təqdim olundu. F.Əmirov adına
Azərbaycan Dövlət
Mahnı və Rəqs Ansamblının (bədii rəhbər və baş dirijor – Xalq artisti Ağaverdi Paşayev, musiqi rəhbəri – Mahir Ordubadi) müşayiəti
ilə solistlər – Xalq artisti Simarə
İmanova, Əməkdar
artistlər Nigar Şahmuradova, Günel Şeyxova, Nigar Rzayeva (hər üçü rəqqasə),
xanəndələr Almaz
Orucova, Ehtiram Hüseynov, Nuriyyə Hüseynova, ifaçılar
Nurlan Əzizbəyli,
Taleh Yəhyayev, Vəfa Vəzirova, Nurlana Abdullayeva, Rəvanə Qurbanova və Rauf Məsimov
(kamança) çıxış
etdilər.
Orkestr ilk olaraq
F.Əmirovun “Gözün
aydın” musiqili komediyasından rəqsi ifa etdi. Sonra “Gülərəm, gülsən”,
“Böyük dayaq” kinofilminə yazdığı
“Pərişanın mahnısı”,
“Reyhan”, “Bir gül seçdim”, H.Cavidin “Şeyx Sənan” pyesinin tamaşasına yazdığı
“Kor ərəbin mahnısı”, “Mən səni araram”, xalq mahnısı “Gözəlim sənsən”
(F.Əmirovun işləməsi
ilə), “Laylay”, “Göygöl” və “Gülür ellər” təqdim edildi.
Bütün
çıxışlar alqışlarla qarşılandı.
Mədəniyyət.- 2022.- 18
noyabr.- S.1.