Humo”nun səhnə sehrindən Verdi musiqisinin vokal ecazına

 

Özbəkistanın balet opera sənətçilərinin Bakı qastrolundan yaddaşa köçənlər

 

Xəbər verdiyimiz kimi, ötən həftə Azərbaycan Özbəkistan arasında genişlənən mədəni əlaqələr çərçivəsində Əlişir Nəvai adına Özbəkistan Dövlət Akademik Opera Balet Teatrının kollektivi Bakıda qastrol səfərində oldu.

Vokal balet truppaları, xor simfonik orkestrdən ibarət heyət paytaxtımıza teatrın repertuarından iki əsər – “Humobaletini Riqolettooperasını gətirmişdi.

Azərbaycan Dövlət Akademik Opera Balet Teatrının səhnəsində gerçəkləşən hər iki tamaşa sənətsevərlər tərəfindən maraqla qarşılandı. İstər özbək xalqının şifahi xalq ədəbiyyatı nümunəsinin balet kimi unikal zərif sənət növünə inteqrasiyası, istərsə vətəni Avropa olan opera incisinin özbək vokalçıların ifasında təqdimatı maraqlı fərqli zövqün nümunəsi idi. Bu həm onun isbatı idi ki, sənətin, musiqinin, səhnənin imkanları təsir gücü onun dinləyicisi, izləyicisi olan hər yerdə arzulanandır.

Qonaq kollektiv noyabrın 16-da Özbəkistanın Əməkdar incəsənət xadimi, bəstəkar dirijor Ənvər Erqaşovun (1954-2021) “Humobaletini (dirijor Əzəmxan Əhmədov) təqdim etdi.

Qeyd edək ki, tamaşanın quruluşçu baletmeysteri Gürcüstanın Xalq artisti Georgi Aleksidze, baletmeysteri Özbəkistanın Əməkdar artisti Nazimə Həsənova, quruluşçu rəssamı Özbəkistanın Əməkdar mədəniyyət işçisi Zubaydullo Batırovdur. Premyerası 2005-ci ildə olan baletə görə bəstəkar Ə.Erqaşov 2007-ci ildə Özbəkistanın I dərəcəli Dövlət mükafatına layiq görülüb.

Tamaşada xeyirlə şərin mübarizəsindən bəhs olunur. Xeyir şər qüvvələr üzərində zəfər çalır. Bir çox Şərq xalqlarının mifik təfəkküründə olduğu kimi, özbəklərin folklorunda da xüsusi yerə sahib Humo (Humay) quşu isə xeyirxahlıq ədalət simvolu kimi bu mübarizəyə yardımçı olur.

İki pərdədən ibarət romantik nağıl baletində bütün hadisələrin mərkəzində o varHumo. Sehrli pəri-quş getdiyi hər yerə gözəllik, xoşbəxtlik sevgi aparır. Axı, o, Yer üzünü dolaşaraq sevgi sülh üçün tüklərini tökür yenidən qol-qanad açana qədər aləm səadətə qərq olur. Günlərin bir günü dağları dolaşıb, uzun yolları qət edən mahir dulusçu Zərgər Humonun məmləkətinə gəlir. Su sonası kimi səf tutan pəri-qızlardan birinəZüleyxaya aşiq olur.

Gözəlliyi ilə bir çoxlarını heyran edən, lakin kimsəyə könül verməyən Züleyxa da Zərgərə aşiq olur. Amma onların vüsalı qısa sürür. Zalım tamahkar hökmdar Harun da ona göz dikib. Odur ki, min cür hiyləyə əl ataraq o gözəlliyi ələ keçirmək istəyir. Buna görə bədxah ovçusu Mənsuru, həmçinin digər güclərini işə qoşur. Onlar Züleyxanı oğurlayaraq saraya aparırlar.

Amma ədalət zəfər çalır. Dərvişin köməyi ilə sevgilisini azad edən Zərgər Humonun sehrli gücü ilə birləşib, səadətlərinə qovuşurlar. Beləcə, o vaxtdan Humo firavanlıq ədalət simvolu kimi əfsanəyə dönüb, bütün aşiqlərin qəlbində özünə yer tutur.

Musiqi ilə mövzunun mükəmməl harmoniyası, özbək milli rəqs geyimlərinin baletin ayrı-ayrı pərdələrində incəliklə, özü müxtəlif vaxtlarda, həm yerində həlli maraqlı, ecazkar bir mənzərə yaradırdı. Mürəkkəb xoreoqrafik elementləri, xüsusən eyni tarazlıqda hərəkət-ifadələrdə qüsursuz sinxronluq, minimalist yanaşma, xüsusən kütləvi səhnələrdə vahid nizama xələl gətirməyən temp dəqiq xoreoqrafik aktın sürəkli alqışlanması ilə nəticələndi.

Ümumilikdə balet nümunəsi zərifliyi, ifaçıların ustalığı quruluşunda milli elementlərin çoxşaxəli sintezi ilə tamaşaçıların rəğbətini qazana müasir özbək balet sənətinin səviyyəsini göstərə bildi.

Özbəkistan Dövlət Akademik Opera Balet Teatrı kollektivinin paytaxtımızda ikinci tamaşası da yaddaqalan oldu. İtalyan bəstəkarı Cüzeppe Verdinin məşhurRiqolettooperasının (dirijor Denis Vlasenko) tamaşası da səfər proqramı üçün uğurlu seçim hesab oluna bilər.

Əsas partiyaları Özbəkistanın opera ulduzları – Xalq artistləri Şükür QafurovRamiz Usmanovun ifa etdiyi bu klassik opera nümunəsi (quruluşçu rejissor Ruslan Şerezdanov) özünün ənənəvi mövzusu ilə əslində,  azərbaycanlı operasevərlərə çoxdan tanışdır. Sadəcə, bəlli mövzuya fərqli səs və ifa texnikalarında baxmaq müqayisə və fərqlərin analizi üçünvacibdir.

RiqolettoVerdi yaradıcılığının zirvəsidir və bizim OperaBalet Teatrının çoxsaylı tamaşaçıları tərəfindən ən çox sevilən operalardan biridir. Bu mənada Verdi musiqisinin gözəlliyi və əzəməti, müğənnilərin güclüemosional təsirli səsləri, gözəl tərtibat və geyimlər tamaşanı unudulmaz edə bildi.

Sənətsevərlərə bəlli olduğu kimi, operanın əsasını Viktor HüqonunKral əylənir” əsərinin süjet xətti təşkil edir. Bu, acınacaqlı sonluqla bitən romantik dramdır və o, Mantuanın əxlaqsız və həyasız hersoqundan bəhs edir. Zarafatcıl Riqoletto qızının namusunu təhqir etdiyinə görə ondan qisas almağa çalışır. Qəddar qisas planlaşdıran Riqoletto istəmədən qızının qatilinə çevrilir.

Tamaşaçılar bəlli hekayənin özbək vokalçılarının ifadə imkanlarında təsvirinə qapana və hadisələrin təsiri altına düşə bildilər. Bu işdə sözsüz ki, əsas partiya ifaçıları ilə yanaşı, ecazkar xorun (baş xormeyster Özbəkistanın Xalq artisti Süleyman Şadmanov) da payı az deyildi.

Qısacası, iki axşam Bakı səhnəsində sənətsevərlər özbək operabalet sənəti təmsilçilərinin valehedici çıxış imkanına malik olduğunu gördülər və onların klassik irsə qatdıqları özəllikləri alqışladılar.

 

Həmidə Nizamiqızı

 

Mədəniyyət.- 2022.- 23 noyabr.- S.5.