“4.4” Qısa Tamaşalar
Festivalı başlayır
Mədəniyyət Nazirliyi və Teatro.az sənət portalının təşkilatçılığı ilə 25-30 noyabr tarixində Bakıda II “4.4” Qısa Tamaşalar Festivalı keçiriləcək.
Təşkilat komitəsi festivalın proqramını müəyyənləşdirib. Festivala təqdim olunan 20-dən artıq tamaşadan 12-si müsabiqə proqramına daxil edilib. Bu tamaşaların 6-sı Bakıda, 4-ü rayonlarda fəaliyyət göstərən dövlət teatrlarının, 2-si isə müstəqil teatrların payına düşür. Sənət yarışına dram teatrları ilə yanaşı, kukla teatrları da qatılıb.
Bundan əlavə, festivalın proqramında ölkənin müxtəlif teatrlarının repertuarından seçilmiş 7 müsabiqədənkənar tamaşa yer alıb.
Builki festivalın özəlliklərindən biri də müsabiqədənkənar proqrama daxil edilmiş xarici tamaşadır. Seyrçilər K.Marcanişvili adına Tbilisi Dövlət Akademik Teatrının təqdimatında Lev Tolstoyun eyniadlı povesti əsasında “Kreyser sonatası”na baxa biləcəklər.
Tamaşalar
Akademik Milli Dram, Akademik Musiqili, Akademik Rus Dram, Dövlət Gənc
Tamaşaçılar, Pantomima və Kukla teatrlarında
nümayiş olunacaq.
Festivalın proqramı yalnız tamaşalarla bitmir. Teatr mütəxəssislərinin
ustad dərsləri, treninqlər və panel müzakirələri də
nəzərdə tutulub.
Noyabrın 24-də Xalq
artisti, Adana Çukurova
Universiteti Dövlət
Konservatoriyasının (Türkiyə)
professoru Cahangir Novruzovun “A.P.Çexovun “Ayı” və “Təklif” qısa pyesləri əsasında əməli təhlil üsulunun tətbiqi” mövzulu treninqi
(ADMİU), noyabrın 30-da Tbilisi Beynəlxalq Teatr Festivalının art-direktoru
Yekaterina Mazmişvili və Tbilisi Beynəlxalq Teatr Festivalının prodüseri Nutsa Burjanadzenin, habelə K.Marcanişvili adına
Tbilisi Dövlət Akademik
Teatrının bədii
rəhbəri Levan Tsuladzenin iştirakı ustad dərsləri ilə (Akademik Musiqili Teatr) olacaq.
Mədəniyyət.- 2022.- 23
noyabr.- S.5.