Mərakeşdə BMT Sivilizasiyalar Alyansının IX Qlobal Forumu
Mədəniyyət naziri Anar
Kərimov forumda iştirak edir
Noyabrın 22-də Mərakeş Krallığının
Fəs şəhərində
BMT-nin Sivilizasiyalar Alyansının (BMTSA) IX Qlobal
Forumu işə başlayıb. Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov forumda iştirak edir.
Forum çərçivəsində Fəsin Dar-Bata Muzeyində
“Mədəniyyət: sülh
üçün olmazsa
olmazdır. Muzeylər möcüzə, kəşf, açıqfikirlilik
və mədəniyyətlərarası
dialoq məkanı kimi” mövzusunda panel keçirilib.
ICESCO-nun baş direktoru Salim bin Məhəmməd
əl-Malik, BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali
nümayəndəsi Migel
Angel Moratinos, mədəniyyət
naziri Anar Kərimov, alim, kolleksiyaçı və xeyriyyəçi Nasser Xəlili
və başqa qonaqlar iştirak ediblər.
Paneldə çıxış edən
nazir Anar Kərimov mədəniyyətin
dünyada sülhün
bərqərar olmasında
oynadığı roldan
söz açıb. Bildirib ki,
muzey və abidələr xalqların
mədəni kimliyinin
əsas göstəricisidir.
Böhranlar və müharibələr
zamanı muzeylərin
bəzi hallarda hədəf alındığını
təəssüflə qeyd
edən Anar Kərimov Azərbaycanın
bu sahədə ən çox zərər çəkən
ölkələrdən olduğunu
bildirib. Diqqətə çatdırıb ki, 30 ilə yaxın Ermənistanın işğalı
altında qalmış
Azərbaycan ərazilərində
tarixi-mədəni irsə
qarşı misli görünməmiş vandalizm
həyata keçirilib.
Nazir Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülən mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi” barədə məlumat verib, bu qlobal çağırışın əhəmiyyətini vurğulayıb. Bildirib ki, “Bakı Prosesi” çərçivəsində BMT də daxil olmaqla bir sıra aparıcı təşkilatların tərəfdaşlığı ilə ölkəmizdə Dünya Mədəniyyətlərarası Dialoq Forumları keçirilib.
Anar Kərimov çıxışında 2021-ci ildə Azərbaycan Respublikası tərəfindən elan edilmiş “Mədəniyyət naminə sülh” (Peace4Culture) qlobal kampaniyası barədə də məlumat verib. Deyib ki, bu çağırışın əsas istiqaməti postmünaqişə dövründə olan ölkələrin işğaldan azad olunmuş ərazilərində mədəni infrastrukturu dirçəltmək, milli-mənəvi dəyərləri yenidən həmin torpaqlara qaytarmaq üçün davamlı sülhün təmin edilməsidir.
ICESCO-nun baş direktoru Salim bin Məhəmməd əl-Malik çıxışında müxtəlif mədəniyyətlər və qədim sivilizasiyaların zəngin irsini qoruyub saxlayan muzeylərin fəaliyyətinin əhəmiyyətindən bəhs edib.
BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Angel Moratinos rəhbərlik etdiyi qurumun fəaliyyətindən danışıb. Qeyd edib ki, mədəni irsin təbliğinin sivilizasiyalar arasında dialoqda rolu IX Qlobal Forumun əsas mövzularından biridir.
Xatırladaq ki, BMT-nin Sivilizasiyalar
Alyansının “İnklüziv cəmiyyətlərdə
birgəyaşayış: çağırış və məqsəd”
şüarı altında VII Qlobal Forumu 2016-cı ildə Bakıda keçirilib.
Mədəniyyət.- 2022.- 23
noyabr.- S.1.