BMA-da
israilli pianoçunun mühazirə-dərsi
İsrailin məşhur pianoçusu,
beynəlxalq müsabiqələr
laureatı, bəstəkar
İlana Zalka-Rubinşteyn
Üzeyir Hacıbəyli
adına Bakı Musiqi Akademiyasında (BMA) ustad dərsləri və mühazirə keçmək
üçün dəvət
olunub.
Noyabrın 23-də qonaq BMA-da “Musiqi
bizə sevgi haqqında danışacaq”
mövzusunda mühazirə-dərs
keçib.
BMA-nın beynəlxalq əlaqələr və sosial məsələlər
üzrə prorektoru, professor Yeganə Axundova qonağı təqdim edib.
İlana Zalka-Rubinşteyn Bakıya
gəlişindən çox
məmnun olduğunu və azərbaycanlılara
böyük rəğbət
bəslədiyini bildirib.
O, mühazirə zamanı – Y.S.Bax, F.Mendelson, V.A.Motsart, F.Şopen, R.Şuman, R.Vaqner kimi bəstəkarların
yaradıcılığına toxunaraq onların əsərlərindən nümunələr
ifa edib.
Sonda qonaq özünün müəllifi
olduğu “Noktürn” əsərini ifa edib.
Mədəniyyət.- 2022.- 25
noyabr.- S.3.