Bir amal uğrunda

 

Azərbaycan İstiqlal Muzeyində 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsini yad etmək və vətənpərvərliyin təbliği məqsədilə davam edən “Qəhrəmanlar can verir yurdu yaşatmaq üçün” adlı layihə çərçivəsində daha bir sərgi təşkil edilib.

Noyabrın 24-də muzeydə “Bir amal uğrunda” adlı sərgi açılıb. Sərgidə şəhid polkovnik-leytenant Zaur Cəfərov, leytenant Murad Nağıyev, əsgərlər Əsəd Əsədli, Orxan Qəhrəmanov, Sayad Hacıyev və Cavid Cabbarzadəyə məxsus muzeyin fondlarında saxlanılan 60-a yaxın şəxsi əşya nümayiş olunur.

Tədbir iştirakçıları sərgi ilə tanış olublar.

 

Mədəniyyət.- 2022.- 25 noyabr.- S.2.