Məktəblilər Üzeyir bəyin evində

 

Noyabrın 23-də Azərbaycan mədəniyyəti tarixinə misilsiz töhfələr vermiş dahi bəstəkar Üzeyir Hacıbəylinin (1885-1948) vəfatının 74-cü ildönümü tamam oldu.

Azərbaycan musiqi mədəniyyətinin inkişafı, böyük yüksəliş dövrüyeni janr, ifaçılıq vasitələri ilə zənginləşməsi, musiqi kollektivlərinin yaranması onun adı, yaradıcılığı ilə sıx bağlıdır. Öz xalqının mədəniyyətini yüksəklərdə görmək arzusu onun sənətinə hər zaman güc verib.

Noyabr ayında həm də bəstəkarın Bakıda yaşadığı evin muzey kimi fəaliyyətə başlamasının 47-ci ili tamam olur. Azərbaycan xalqının yetirdiyi böyük şəxsiyyətin qoyub getdiyi mənəvi sərvət burada qorunub saxlanılır.

Muzey 20 noyabr 1975-ci ildə respublikanın rəhbəri – Azərbaycan Kommunist Partiyasının Birinci katibi Heydər Əliyevin yaxından köməyi və səyi nəticəsində indiki Şamil Əzizbəyov küçəsi (keçmiş Verxnyaya Priyutskaya, sonra Ketsxoveli) ev 67 ünvanında yaradılıb.

Üzeyir Hacıbəylinin Ev-Muzeyi böyüklü-kiçikli hər kəs tərəfindən maraqla ziyarət olunan məkandır. Muzey üçün xüsusi günlərdə isə bu ziyarətlərin sayı daha da artır.

Muzeyin əməkdaşları Üzeyir bəyin anım günündə Fəxri xiyabana gələrək onun məzarını ziyarət ediblər.

Muzeydə isə Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin musiqi müəlliməsi Aynur Mustafayeva şagirdləri ilə açıq dərs keçib. Muzeylə yaxından tanış olan şagirdlərə Üzeyir bəyin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verilib.

Şagirdlər Xalq şairi Səməd Vurğunun dahi şəxsiyyətin vəfatına həsr etdiyiÖlüm sevinməsin qoyşeirini söyləyib, musiqisi Ü.Hacıbəyliyə, sözləri Ə.Cavada məxsus olan Azərbaycan Respublikasının Dövlət Himnini ifa ediblər.

Sonda muzeyin direktoru, Xalq artisti, bəstəkar Sərdar Fərəcov ziyarətçilərlə xatirə şəkli çəkdirib.

 

Mədəniyyət.- 2022.- 25 noyabr.- S.3.