Azərbaycan-Macarıstan diplomatik əlaqələrinin 30 illiyi
konsertlə qeyd edilib
Bu il Azərbaycanla
Macarıstan arasında
diplomatik əlaqələrin
qurulmasının (27 aprel
1992) 30 illiyidir.
Bu münasibətlə Macarıstanın ölkəmizdəki
səfirliyinin təşkilatçılığı
ilə noyabrın 22-də
Beynəlxalq Muğam Mərkəzində tədbir
keçirilib.
Səfir Tamaş Torma çıxışında bildirib ki, ötən il səfirlik “MOI Group” Azərbaycan”, “Nargis” Fondu və “Nargis” jurnalı ilə birlikdə xeyriyyə konserti və yarmarka təşkil edib: “Tədbirdən toplanan vəsait Kübra Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitutu Uşaq Reabilitasiya Mərkəzinə xüsusi avadanlıqların alınmasına sərf olunub. Bu gün məhz bu kollektivin əməkdaşları bizim tədbirin qonaqlarıdır”.
Diplomat həmçinin Azərbaycanla Macarıstan arasındakı mədəni əməkdaşlıqdan söz açıb və Beynəlxalq Muğam Mərkəzində macar musiqiçilərinin dəfələrlə çıxış etdiyini vurğulayıb. Tədbirdə “MOl Group” Azərbaycan” şirkətinin icraçı direktoru Atilla Somfai çıxış edərək qurum tərəfindən ölkəmizdə reallaşdırılan müxtəlif layihələr barədə məlumat verib.
Çıxışlardan sonra “Nargis” Fondunun icraçı direktoru Nərmin İbrahimbəylinin də iştirakı ilə Elmi Tədqiqat Pediatriya İnstitutu Uşaq Reabilitasiya Mərkəzinin bir qrup əməkdaşına təşəkkürnamələr təqdim olunub.
Rəsmi hissədən sonra macar musiqiçilərinin ifasında konsert proqramı təqdim olunub. Norbert Kael (piano), Peter Olah (bas) və Andras Lakatosdan (nağara) ibarət trio maraqlı caz proqramı ilə çıxış edib.
Lalə
Mədəniyyət.- 2022.- 25 noyabr.- S.5.