BMT-nin Cenevrədəki “Beynəlxalq
bazar”ında Azərbaycan da təmsil olunub
Azərbaycanın Cenevrədə BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyi ənənəvi “Beynəlxalq bazar”da iştirak edib.
BMT-nin Cenevrə Bölməsində – Millətlər Sarayında təşkil olunan tədbirin məqsədi ölkələrin mədəniyyəti, incəsənəti, mətbəxi və adət-ənənələrinin təbliği və dünyanın müxtəlif bölgələrində yaşayan uşaqlara yardım üçün təsis olunmuş xeyriyyə fonduna ianə toplanmasıdır. Builki “Beynəlxalq bazar” “Uşaqlar naminə ittifaq” şüarı altında təşkil edilib.
Tədbirdə Azərbaycanın mədəni irsini, incəsənətini əks etdirən eksponatlar nümayiş olunub. Ölkəmizin turizm potensialı, mədəniyyəti ilə bağlı kitab, jurnal və digər materiallar iştirakçılara paylanılıb. Qonaqlara peşəkar aşpazların hazırladığı Azərbaycan mətbəxinin təamları təqdim edilib.
Builki tədbirdə Cenevrədə Mariya xan Xoyskayanın rəhbərliyi altında fəaliyyət göstərən azərbaycanlı uşaqlardan ibarət “İrs” rəqs qrupu tərəfindən Azərbaycanın xalq rəqsləri də nümayiş etdirilib.
Tədbirin sonunda ölkəmiz
adından müəyyən məbləğ BMT-nin
aidiyyəti xeyriyyə fonduna köçürülüb. Həmin maliyyə
vəsaiti dünyanın müxtəlif yerlərində əlverişsiz
şəraitdə yaşayan
uşaqların xeyrinə layihələrin həyata
keçirilməsi üçün sərf
olunacaq.
Mədəniyyət.- 2022.- 25
noyabr.- S.8.