“Təmiz Abşeron naminə” – ağacəkmə aksiyası

 

 

Abşeron rayon Mərkəzi Kitabxanasının (Sumqayıt RMİ) təşəbbüsü, Xırdalan Şəhər Bələdiyyəsi, rayon Təmir-Abadlıq İdarəsi və Xırdalan şəhər 2 nömrəli tam orta məktəbin birgə dəstəyi ilə şəhərin Heydər Əliyev adına parkında Dünya Təbiətin Mühafizəsi Cəmiyyətinin yaradılmasının 74 illiyinə həsr olunan “Təmiz Abşeron naminə” devizi ilə ağacəkmə aksiyası keçirilib.

Aksiyada sözügedən qurumların əməkdaşları və Xırdalan şəhər 2 nömrəli tam orta məktəbin şagirdləri Heydər Əliyev parkında şam tingləri əkiblər. Daha sonra əllərində müvafiq plakatlar tutan şagirdlər tərəfindən yaxınlıqdakı magistral yolun kənarında dayanaraq sürücülərə diqqəti təbiətin mühafizəsinə, yaşıllaşmaya, insan sağlamlığının qorunmasına çəkmək üçün hazırlanan broşürlər paylanılıb və müxtəlif şüarlar səsləndirilib.

Abşeron rayon Mərkəzi Kitabxanası Xidmət şöbəsinin müdiri Xatirə Zeynalova iştirakçıları tullantılardan hazırlanan əl işlərindən ibarət sərgi ilə tanış edib. Sərgidə ekologiya və ətraf mühitin mühafizəsi ilə bağlı kitablar da yer alıb.

 

Mədəniyyət.- 2022.- 30 noyabr.- S.4