“Şuşa İli”nin tədbirləri
davam edir
Xaçmaz Regional Mədəniyyət İdarəsi (RMİ) və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Quba Rayon Heydər Əliyev Mərkəzində “Əziz Şuşa, sən azadsan!” adlı tədbir keçirilib.
Tədbirdə rayonun icra başçısı Ziyəddin Əliyev və Xaçmaz RMİ-nin rəisi Vüsal Hüseynov çıxış ediblər. Bildirilib ki, dövlət başçısı tərəfindən Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edildikdən sonra burada genişmiqyaslı abadlıq-quruculuq işləri görülür, tarixi-mədəni abidələr bərpa olunur.
Bədii hissədə məktəblilərin və rayon incəsənət ustalarının hazırladığı ədəbi-bədii kompozisiya və konsert proqramı maraqla qarşılanıb.
Quba rayon
MKS-nin Mərkəzi Kitabxanası Uşaq şöbəsinin təşkilatçılığı
ilə Tələt Mikayılov adına şəhər 5
saylı tam orta məktəbdə
“Şuşa ilə Zəfər” adlı tədbir
keçirilib. Kitabxananın əməkdaşları
tərəfindən hazırlanmış “Şuşa
– Azərbaycanın mədəniyyət paytaxtı” adlı kitab sərgisi nümayiş
olunub.
Mədəniyyət.- 2022.- 30
noyabr.- S.4.