Biləsuvarda “Hind quşu festivalı”
Biləsuvarda “Hind quşu festivalı” keçirilib. Rayon İcra Hakimiyyəti, Biləsuvar
RMİ, “Azər Home Chef” şirkəti
və “Turizmə və Milli Mətbəxin
İnkişafına Dəstək”
İctimai Birliyinin təşkilatçılığı ilə reallaşan festivalda hind quşu ətindən hazırlanan
müxtəlif yeməklər
qonaqlara təqdim edilib.
Festivalda idman oyunları keçirilib, yerli kənd təsərrüfatı
məhsullarının yarmarkası
təşkil edilib, əl işləri və rəsm əsərləri nümayiş
olunub.
Biləsuvar, Cəbrayıl, Neftçala
rayonlarından olan incəsənət ustaları
konsert proqramı ilə səhnəyə çıxıblar. Biləsuvar
Mədəniyyət Mərkəzinin “Şəhriyar” folklor rəqs qrupu, Salyan Mədəniyyət Mərkəzinin “Cəngi”
milli nəfəsli folklor
xalq kollektivi və
Masallı Mədəniyyət Mərkəzinin “Halay” folklor rəqs qrupunun təqdim etdiyi proqram, həmçinin Salyan
Dövlət Kukla Teatrının səhnəcikləri
maraqla qarşılanıb.
Mədəniyyət.- 2022.- 30
noyabr.- S.4.