“Mədəniyyət koduŞuşa” İsveçdə təqdim olunub

 

İsveçin paytaxtı Stokholmun Sollentuna Bələdiyyəsinin kitabxanasında “Mədəniyyət kodu-Şuşa” adlı lonqrid layihəsinin təqdimatı olub.

Layihə QHT-lərə Dövlət Dəstəyi AgentliyininŞuşa İli” ilə bağlı xüsusi qrant proqramı çərçivəsində “İctimaiyyətlə Əlaqələrin İnkişafına Kömək” İctimai Birliyi tərəfindən həyata keçirilib.

Tədbirdə Azərbaycanın İsveç Krallığındakı səfiri Zaur Əhmədov, ictimai birliyin sədri və layihənin müəllifi, Bakı Slavyan Universitetinin professoru Şəlalə Həsənova və başqaları çıxış ediblər.

Məlumat verilib ki, https://codeshusha.com/ saytında yerləşən lonqridin 21 mövzusu 7 bloka bölünüb. Saytın üz qabığındakı xarıbülbülün hər ləçəyi açılaraq oxucunu yeni mövzulara yönləndirir və hər mövzuya məxsusi musiqi səsləndirilir. Rus, İsveçingilis dillərində hazırlanan “Mədəniyyət kodu - Şuşa” layihəsi Azərbaycan mediasında lonqrid standartlarına uyğun hazırlanmış ilk media məhsuludur. SaytdaŞuşa məhəllələri”, “Qarabağ ərazisində Alban kilsələri” interaktiv xəritələri, “Şuşalı musiqiçilərin qızıl nəsli” adlı infoqrafika təqdim edilir.

 

Mədəniyyət.- 2022.- 30 noyabr.- S.6.