Rastteleviziya film-konserti təqdim olundu

 

Azərbaycan Televiziyası tərəfindənRastfilmi çəkilib. Film dünya şöhrətli dirijor, bəstəkar, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Niyazinin (1912-1984) 110 illiyinə həsr olunub.

Noyabrın 28-də Beynəlxalq Muğam Mərkəzində filmin təqdimatı keçirildi. Azərbaycan Milli Konservatoriyasının (AMX) prorektoru professor Lalə Hüseynova çıxışında bildirdi ki, hələ 1967-ci ildə lentə alınan “Şurteleviziya filmi (rejissor Arif Qazıyev) muğamxalq mahnılarımızın rəngarəngliyini ortaya qoymuşdu. “Rastfilmibu ideya əsasında çəkilib: “110 illiyi ilə bağlı böyük maestronu yad etmək bizim borcumuzdur. Niyazi nəinki böyük dirijor, həm də təbliğatçı və maarifçi idi. Biz bu ənənələri qoruyaraq muğam sənətimizi musiqimizi gələcək nəsillərə çatdırmağa xidmət edən layihələri alqışlayırıq”.

Millət vəkili, akademik Ziyad Səmədzadə, Xalq artisti Sərdar Fərəcov və Bakı Musiqi Akademiyasında elmi tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Nuridə İsmayılzadə çıxışlarında “Rastfilminin muğamlarımızın geniş kütlə arasında tanınmasına vəsilə olacağını vurğuladılar.

Qeyd edildi ki, Azərbaycan muğamı özünün qızıl dövrünü yaşayır. “Rast” muğamının musiqi sənətimizdəki yeri haqqında bəhs edən natiqlər filmin ərsəyə gəlməsində zəhməti olanlara təbriklərini çatdırdılar.

Çıxışlardan sonra film nümayiş olundu. NiyazininRastsimfonik muğamı səslənən filmdə Xalq artistləri Ramiz Quliyev (tar), Şəfiqə Eyvazova (kamança), Alim Qasımov, Mənsum İbrahimov, Nəzakət Teymurova, Aygün Bayramova Əməkdar incəsənət xadimi Aqil Məlikovun (xanəndələr) ifaları lentə alınıb. Xanəndələri Azərbaycan Televiziya Radiosunun Niyazi adına Simfonik orkestri Əhsən Dadaşov adınaXatirəxalq çalğı alətləri ansamblı müşayiət edir.

Filmin ideya müəllifi görkəmli tarzən, Xalq artisti Ramiz Quliyev, quruluşçu rejissoru Elnur Məmmədov, rejissoru Natiq Novruzov, musiqi redaktoru Əməkdar incəsənət xadimi Çingiz Abbasovdur.

 

Lalə Azəri

 

Mədəniyyət.- 2022.- 30 noyabr.- S.3.