Türküstan vilayətində Azərbaycanın
mədəni irsinə həsr olunmuş tədbir
Qazaxıstanın Türküstan
vilayətində “Azərbaycan dili, mədəniyyəti
və adət-ənənələri” mövzusunda
tədbir keçirilib.
Diasporla
İş üzrə Dövlət Komitəsindən bildiriblər
ki, “Qarabağ” Azərbaycan Etnomədəni Birliyinin təşkilatçılığı
ilə Türküstanın Sayram rayonunun Karasu kəndində
baş tutan tədbirdə yerli hakimiyyət orqanlarının,
Qazaxıstan Xalq Assambleyasının, ictimaiyyətin, kütləvi
informasiya vasitələrinin və Azərbaycan diasporunun
nümayəndələri iştirak ediblər.
Birliyin sədri Ramilə Mustafayeva qeyd edib ki, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız milli kimliyi, doğma dili, Azərbaycanın zəngin mədəni irsi ilə qürur duyur və bu xəzinəni yaşadıqları ölkələrdə həvəslə təbliğ edirlər. Tədbirdə Azərbaycanın adət-ənənələrini əks etdirən mərasimlər, xalq mahnıları və milli rəqslərimizdən ibarət bədii proqram təqdim olunub.
Mədəniyyət
2022.- 7 oktyabr.-
S.8.