Heydər Əliyev Sarayında Emin Sabitoğlunun 85 illik yubiley gecəsi

 

 

Oktyabrın 15-də Mədəniyyət Nazirliyinin dəstəyi ilə Heydər Əliyev Sarayında görkəmli bəstəkar, Xalq artisti Emin Sabitoğlunun (1937-2000) 85 illik yubiley gecəsi keçirilib.

Telejurnalist Rahib Azərinin aparıcılığı ilə keçən gecədə Emin Sabitoğlunun həyat və sənət yolundan bəhs edilib, mahnı yaradıcılığı, teatrkino musiqisi ilə bağlı bir sıra maraqlı məqamlardan söz açılıb.

Gecədə Xalq artistləri Brilliant Dadaşova, Flora Kərimova, Azər Zeynalov, İlqar Muradov, GülyazGülyanaq Məmmədovalar, Əməkdar artistlər Nuriyyə Hüseynova, Elton Hüseynəliyev, Şölə Səfərəliyeva, Lalə Məmmədova, Eldar Məmmədov, İsgəndər Ələsgərov, Ruslan Hüseynov, müğənnilər Rəvanə Qurbanova, Arzu Həsənli, Zabitə Əliyeva, Fəxri Kazım Nicat, Humay Qədimova, Emin Səlimov, Lütfiyar Əliyev, Anar Abbasov, Toğrul Qasımov və Əkbər Əliyevin ifasında bəstəkarın uzun illərdir dillər əzbəri olan, eləcə də kütləvi auditoriyanın çoxdandır dinləmədiyi mahnılar səslənib.

İfaçıları Əməkdar artist, pianoçu Eldar Məmmədovun rəhbərliyi ilə instrumental ansambl müşayiət edib. Ansamblın ifasında Emin Sabitoğlunun kino musiqilərindən ibarət popurri də təqdim edilib.

 

Mədəniyyət.- 2022.- 19 oktyabr.- S.3.