Bir əsr əvvəlki tarixə
baxış
Oktyabrın 18-də Azərbaycan İstiqlal Muzeyində 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə “Təlatümlü illər” kitabının təqdimatı keçirilib.
Tədbirdə muzeyin direktoru Sədi Mirseyibli, kitabın tərtibçisi, tarix elmləri doktoru Tufan Axundov, professorlar Solmaz Tohidi, Mehman Süleymanov, filologiya elmləri doktoru Rəhim Əliyev, tarix üzrə fəlsəfə doktorları Kamran İsmayılov, Bəhmən Kərimov, Vəfa Mahmudova çıxış edərək XX əsrin sonlarında bərpa etdiyimiz dövlət müstəqilliyinin əhəmiyyətindən, Azərbaycanın siyasi, iqtisadi, mədəni sahələrdə qazandığı nailiyyətlərdən bəhs ediblər.
Təqdimatı keçirilən kitabın müəllifi 1917-1921-ci illərdə Azərbaycanın Lənkəran və Muğan bölgələrində (Lənkəran qəzası) milli azadlıq hərəkatının iştirakçısı və rəhbərlərindən biri olmuş, sonralar İrana mühacirət etmiş Soltan Məhəmməd bəy Qulubəylidir.
Tarixçilər, etnoqraflar və Azərbaycan tarixi
ilə maraqlanan geniş
oxucu kütləsi üçün
nəzərdə tutulan “Təlatümlü
illər” kitabında Rusiya
imperiyasının 1917-ci ildə süqutundan
sonra bolşeviklərin təhriki ilə
Azərbaycanın cənub zonasında müsəlman və ruslar (molokanların) arasında başlanan münaqişə, həmin
dövrdə törədilən qırğınlar,
bolşeviklərin bölgəyə müdaxiləsi və yerli müsəlman əhalisinin göstərdiyi
birlik və qəhrəmanlıqlar əks
olunub.
Mədəniyyət.- 2022.- 19 oktyabr.- S.2.