İsraildə “Şuşa yəhudilərin gözü
ilə” sənədli filmi təqdim edilib
İsrailin Netanya şəhərində “Şuşa yəhudilərin gözü ilə” adlı sənədli filmin təqdimat mərasimi keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, şəhər Mədəniyyət Mərkəzində baş tutan tədbir “kanal24.az” internet kanalının baş redaktoru Səadət Şükürova-İsraelovun təşkilatçılığı ilə gerçəkləşib.
Tədbirin əvvəlində Salman Rabaevin kamançada ifa etdiyi həzin Azərbaycan musiqisinin müşayiəti ilə Vətən müharibəsi şəhidlərinə və Zəfər Gününə həsr olunmuş şeirlər səsləndirilib.
Səadət Şükürova İsraelov, “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının prezidenti Lev Spivak, Azərbaycanın İsraildəki turizm nümayəndəliyinin rəhbəri Cəmilə Talıbzadə, israilli jurnalist, politoloq Reyçel Avraham, “Azİz” Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman və digər çıxış edənlər müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı erməni işğalından azad edən rəşadətli Azərbaycan Ordusu və qəhrəman şəhidlərimizlə qürur duyduqlarını bildiriblər.
Tədbirdə Ermənistan silahlı qüvvələrinin Gəncə, Bərdə, Mingəçevir, Goranboy və Tərtərə raket zərbələrinin ağır nəticələrini əks etdirən fotoslayd da nümayiş etdirilib.
Sonra “Şuşa
yəhudilərin gözü ilə” sənədli
filmi göstərilib. Filmdə
torpaqlarımız azad edildikdən sonra Şuşa şəhərinə
səfər edən və Dünya Azərbaycanlılarının
Şuşada keçirilmiş
V Qurultayında iştirak edən yəhudi
icmasının nümayəndələri öz
təəssüratlarını bölüşüblər.
Mədəniyyət.- 2022.- 19 oktyabr.- S.8.