Milli İncəsənət
Muzeyində interaktiv
panel
Azərbaycan Milli İncəsənət
Muzeyində UNICEF-in ölkəmizdəki
nümayəndəliyi ilə
birgə, Mədəniyyət
Nazirliyi və Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin tərəfdaşlığı
ilə təşkil edilən “Hippolar: iqlim dəyişikliyi ilə mübarizə üçün dünya səyahəti” adlı sərgi çərçivəsində
interaktiv panel müzakirəsi
keçirilib.
Muzeydən bildirilib ki, “İqlim dəyişikliyi:
Uşaqların və
gənclərin həyatına
hansı imkanlar və çağırışlar
gətirir?” paneldə
UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri
Aleks Haykens, Böyük Britaniyanın
ölkəmizdəki səfiri
Ferqus Auld, Ekologiya və Təbii Sərvətlər Nazirliyi
İqlim Dəyişmələri
və Ozon Mərkəzinin baş mütəxəssisi Cəmilə
Məmmədova, Azərbaycan
Milli İncəsənət
Muzeyinin Beynəlxalq əlaqələr şöbəsinin
rəhbəri Könül
Rəfiyeva çıxış
ediblər.
Panel müzakirə və
interaktiv sessiya vaxtı uşaqlar və gənclər iqlim dəyişikliyinin onların həyatına necə təsir göstərdiyini təhlil
etmək imkanı əldə ediblər. Bundan əlavə,
layihə çərçivəsində
iştirakçılar üçün
qrup işləri təşkil olunub.
Oktyabrın 29-dək davam edəcək sərgi ailəvi olaraq maraqlı vaxt keçirmək və maariflənmək üçün gözəl
imkandır. Sərgiyə giriş sərbəstdir.
Mədəniyyət.- 2022.- 19 oktyabr.- S.5.