“Muğam
axşamları”nda “Mahur-hindi”
Beynəlxalq Muğam Mərkəzinin
(BMM) “Muğam axşamları”
layihəsi davam edir. Layihə üzrə oktyabrın
17-də reallaşan konsertdə
“Mahur-hindi” muğamı
təqdim olunub.
Konsertdə BMM-in solistləri – Əməkdar
artist Səbuhi İbayev
və Muğam Televiziya Müsabiqəsinin
qalibi Könül Xəlilzadə çıxış
ediblər.
Xanəndələri tarzən Rövşən Qurbanov, qanun ifaçısı, Əməkdar artist Çinarə
Heydərova, kamançada
Əməkdar artist Toğrul
Əsədullayev, nağarada
Soltan Əliyev, udda Vasif Yusifli
və balabanda Rəfael Əsgərov müşayiət ediblər.
2017-ci ildən həyata
keçirilən layihənin
beynəlxalq mediada işıqlandırılmasında “Baku” jurnalı böyük rol oynayır. “Muğam
axşamları”nın
konsertləri İctimai
Radio ilə dinləyicilərə
təqdim olunur.
Layihənin ideya müəllifi BMM-in direktoru, Xalq artisti Murad Hüseynovdur.
Lalə
Mədəniyyət.- 2022.- 19 oktyabr.- S.3.