Şəki Dövlət Dram Teatrında növbəti premyera
Yeni teatr mövsümünü Vaqif
Səmədoğlunun “İntihar”
əsərinin tamaşası
ilə açan Şəki Dövlət
Dram Teatrında bu günlərdə növbəti
premyera olub.
Teatrın nəzdində fəaliyyət
göstərən studiyanın
aktyor kursunda Abdulla Şaiqin “Yazıya
pozu yoxdur” pyesi tamaşaya qoyulub. Tamaşanın rejissoru Hüseyn
Hüseynli, 2-ci rejissoru
və baletmeysteri Elvin
Nuridir.
Rolları Azad Məmmədov,
Hariz Məmmədov, Nərmin Nəbiyeva, Arzu Rəsulova və Nuriyyə Mürşüdova ifa edirlər.
Oktyabrın sonlarında teatrda müasir yazar Xəqani Əliyevin “Çələbi xana Qızılqaya xəyanəti”
pyesinin məşqləri
başlanacaq.
Mədəniyyət.- 2022.- 21
oktyabr.- S.4.