“Arşın
mal alan”ı Tatarıstanda çox seviblər
Oktyabrın 28-də Tatarıstan Respublikasının (Rusiya
Federasiyası) Almetyevsk
şəhərində “Adımnar”
kompleksinin səhnəsində
Üzeyir Hacıbəylinin
“Arşın mal alan” musiqili komediyası nümayiş
etdiriləcək. Tamaşa rejissor,
Rusiyanın Əməkdar
incəsənət xadimi
Mixail Borisovun quruluşunda göstəriləcək.
Bu barədə Tatarıstanın
Leninoqorsk rayonundakı
“Birlik” Azərbaycan milli-mədəni muxtariyyəti
ictimai təşkilatı
məlumat yayıb.
Belə bir tamaşa hazırlamaq ideyası mərhum Mixail Borisovun yetirmələri olan “Sozvezdiye-Yoldızlık”
art-rezidensiyanın artistlərinə
məxsusdur.
“Sozvezdiye-Yoldızlık” festivalının
baş prodüseri,
art-rezidensiyanın rəhbəri
Dmitri Tumanov deyib: “Biz fəxr edirik ki, bu gənclər
təhsili başa vurandan sonra vətənə qayıdıblar
və öz respublikalarının firavanlaşmasına
xidmət edirlər. Mixail Borisov özü onlara həmişə deyirdi: “Sizi həmişə qiymətləndirəcək və
sevəcək insanların
yanına qayıdın”.
Gənclər bu dəstəyi,
bu sevgini hiss edirlər, ona görə də belə təşəbbüskarlıq
göstərirlər”.
Qeyd olunub ki, art-rezidensiyanın artistləri Üzeyir Hacıbəylinin bu məşhur əsərinin
qəhrəmanlarını kazanlı tamaşaçılara
sevdiriblər və indi həmin tamaşanı Rusiyanın
başqa şəhərlərində
nümayiş etdirirlər.
Mədəniyyət.- 2022.- 21
oktyabr.- S.8.