Xətainin 535 illiyinə həsr edilmiş elmi konfrans
Oktyabrın 18-də “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzində “Şah
İsmayıl Xətai
- 535” adlı elmi konfrans keçirilib.
Konfransı açan tarixçi Xəyalə Günəş
Əyriçalmalı 18 Oktyabr
– Müstəqilliyin Bərpası
Günü münasibətilə
iştirakçıları təbrik edib, sonra Şah İsmayıl Xətainin Azərbaycan tarixində rolundan bəhs edib.
Tarix elmləri doktoru, professor Şahin Fazil, AMEA-nın Tarix İnstitutunun aparıcı
elmi işçisi,
ADPU-nun dosenti Mübariz
Ağalarlı çıxış
edərək Şah İsmayıl Xətainin həyat və fəaliyyətindən söz
açıb, onun yaddaşlara millət, dövlət quruculuğu sahəsində bir neçə mühüm strateji istiqaməti qovuşduran qüdrətli
sərkərdə, dövlət
xadimi kimi həkk edildiyini bildiriblər. Onun qurduğu Azərbaycan
Səfəvi dövlətinin
etno-siyasi, dini-ideoloji və mədəni həyatı haqqında əhəmiyyətli məlumatlar
diqqətə çatdırılıb.
Konfransda ilahiyyatçı alim Soltan Əlizadə və ilahiyyatçı Həsən Hüseyninin Şah İsmayıl Xətainin həyat və yaradıcılığı
barədə məruzələri
də dinlənilib. Xətainin şeirləri
alimlər tərəfindən
səsləndirilərək təhlil edilib.
Mədəniyyət.- 2022.- 21
oktyabr.- S.6.