Azad torpaqların dirçəliş vizyonu

 

Rebuild Karabakh – 2022” sərgisində Mədəniyyət Nazirliyixüsusi stendlə təmsil olunur

 

 

 

19-21 oktyabr tarixində Bakı Ekspo Mərkəzində II Azərbaycan Beynəlxalq “Qarabağın bərpa, yenidənqurma və inkişafı” (“Rebuild Karabakh – 2022”), 27-ci Azərbaycan Beynəlxalq İnşaat (“BakuBuild”) və 14-cü Beynəlxalq İstilik, Havalandırma, Kondisionerləşdirilmə, Su Təchizatı, SantexnikaÜzgüçülük Hovuzu (“Aquatherm Baku”) sərgilərini bir araya gətirən “Xəzər İnşaat Həftəsi” keçirilir.

Caspian Event Organisers” (CEO), “Iteca Caspian”, “Caspian Event Management”, “ICA Eurasia” şirkətlərinin təşkilatçılığı, İqtisadiyyat Nazirliyi, KiçikOrta Biznesin İnkişaf Agentliyi (KOBİA), Qarabağ Dirçəliş Fondu və digər qurumların dəstəyi ilə gerçəkləşən “İnşaat həftəsi”nə 17 ölkədən 300-dən çox şirkət qatılıb.

Qeyd edək ki, “Rebuild Karabakh” sərgisi ilk dəfə 2021-ci ilin 20-22 oktyabrında keçirilib.

 

İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri aparıcı biznes dairəsi ilə birgə əməkdaşlığa, dövlət-özəl tərəfdaşlığının, habelə regionda sabitliyin və inkişafın qorunmasına mühüm zəmin yaradır. Bu əsasda artıq ikinci dəfə təşkil edilən, müasir ideyalar, innovativ həllər və səmərəli təşəbbüslərlə zəngin olanRebuild Karabakh” sərgisi faydalı işgüzar mühitin yeni modelini yaradacaq.

Bu fikirlər Prezident İlham Əliyevin sərginin iştirakçılarına məktubunda vurğulanır. Dövlət başçısı sərgi çərçivəsində qabaqcıl biznes subyektlərini yaranmış fürsətlərdən faydalanaraq, ərazilərimizin bərpasına dəstək olan bütün səylərini və yaradıcı ideyalarını bir araya gətirməyə çağırıb.

İnşaat həftəsi”nin “Rebuild Karabakh – 2022” sərgisində Mədəniyyət Nazirliyixüsusi stendlə təmsil olunur.

Stenddə Qarabağla, eyni zamanda Zəfər tariximizlə, işğaldan azad olunmuş ərazilərin tarixi, memarlığı, mədəniyyəti ilə bağlı nəşrlər, Azərbaycan, ingilisrus dillərində nəşr olunmuşŞuşa – Azərbaycanın mədəniyyət paytaxtı” kataloqu, eləcə də əl işləri və suvenirlər, işğaldan azad edilmiş torpaqlarımıza virtual səyahət etmək üçün xüsusi eynək sərgilənir.

Nazirliyin stendində həmçinin Ağdam İşğal və Zəfər muzeyləri kompleksinin, eləcə də Füzuli Memorial Kompleksi və Zəfər Muzeyinin maketləri nümayiş etdirilir, ziyarətçilərə bu layihələr barədə məlumatlar verilir, müxtəlif nəşrlər, bukletlər və s. təqdim olunur. Stenddəki monitorda işğaldan azad edilmiş rayonlarımızda görülən və görüləcək işlər barədə tanıtım filmləri iştirakçılara nümayiş olunur.

Muğam üçlüyününElbrus Məmmədyarov (tar), Bayram Əliyev (kamança), Aydan Həmzəyeva (xanəndə) ifasında muğamxalq mahnılarımız da stendin ziyarətçilərinə xoş əhval bəxş edir.

 

***

 

Sərgi çərçivəsində KOBİA-nın təşkilatçılığı ilə “Qarabağda biznesinvestisiya imkanları” mövzusunda panel müzakirə keçirilib.

Dövlət rəsmilərinin və adamlarının iştirakı ilə keçirilmiş tədbirdə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri, regionun iqtisadi, investisiyaturizm potensialı, biznes üçün yaratdığı imkanlar barədə müzakirələr aparılıb.

Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev, KOBİA İdarə Heyəti sədrinin müavini Samir Hümbətov, Aqrar Kreditİnkişaf Agentliyinin sədri Seymur Mövlayev, İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin müavini Elxan Şiriyev, Dövlət Turizm Agentliyinin şöbə müdiri Məhəmməd Muradov və “PMD GroupMMC-nin baş icraçı direktoru Dəyanət Sədullayev mövzu ilə bağlı fikirlərini bölüşüblər.

 

Mədəniyyət.- 2022.- 21 oktyabr.- S.4.