Əlcəzairlə mədəniyyət sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

 

Mədəniyyət naziri Anar Kərimov oktyabrın 19-da Əlcəzair Xalq Demokratik Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Abdeluahab Osmanla görüşüb.

Görüşdə iki ölkə arasında mədəniyyətin müxtəlif  sahələrində əməkdaşlıq və gələcək perspektivlər müzakirə olunub. Əməkdaşlığın genişləndirilməsində qarşılıqlı addımların vacibliyi qeyd edilib.

Noyabr ayında Bakıda keçiriləcək Nizami Gəncəvi Beynəlxalq Forumunun əhəmiyyəti haqqında səfirə məlumat verən nazir Əlcəzair nümayəndə heyətini bu tədbirə dəvət edib.

Anar Kərimov vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülən “Bakı Prosesi”, 2011-ci ildən ənənəvi keçirilən Dünya Mədəniyyətlərarası Dialoq Forumu, eləcə də Mədəniyyət Nazirliyi tərəfindən irəli sürülən “Mədəniyyət naminə sülh” (Peace4Culture) beynəlxalq çağırışı uğurlu əməkdaşlıq üçün zəmindir. Bildirib ki, çağırışın əsas məqsədi postmünaqişə dövründə olan ölkələrin işğaldan azad olunmuş ərazilərində mədəni infrastrukturu dirçəltmək, milli-mənəvi dəyərləri yenidən həmin torpaqlara qaytarmaq üçün davamlı sülhə töhfə verməkdən ibarətdir.

Səmimi qəbula görə təşəkkürünü bildirən səfir Abdeluahab Osman birgə əməkdaşlıqdan məmnunluğunu ifadə edib

Görüş tərəfləri maraqlandıran məsələlərin müzakirəsi ilə davam edib.

 

Mədəniyyət.- 2022.- 21 oktyabr.- S.3.