Qusar Rayon Tarix-Diyarşünaslıq Muzeyinin yubileyi qeyd olunub

 

Xaçmaz Regional Mədəniyyət İdarəsi (RMİ) Qusar Rayon Tarix-Diyarşünaslıq Muzeyinin fəaliyyətə başlamasının 40 illiyinə həsr olunan tədbir keçirilib.

Tədbirdə Xaçmaz RMİ-nin rəisi Vüsal Hüseynov, Qusar Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elman Mustafayev, YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov, rayon ziyalıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

“40 illik fəaliyyətin qısa hesabatı” adlı videoçarx nümayiş etdirildikdən sonraŞuşa İli”, “Bacarıqlı əllər” və “Yaxın keçmiş” adlı sərgilər təqdim olunub.

RMİ-nin rəisi Vüsal Hüseynov bildirib ki, Azərbaycanda milli-mənəvi dəyərlərimizə, o cümlədən muzey işinə daim dövlət qayğısı var. Ölkəmizdə muzey işinin inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli lider tərəfindən bu sahədə müəyyən edilmiş prioritetlər Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir.

Yubiley münasibətilə muzeyə regional idarənin fəxri fərmanı və hədiyyəsi təqdim olunub. Tədbir milli folklor nümunələrindən ibarət bədii hissə ilə davam edib.

 

Mədəniyyət.- 2022.- 26 oktyabr.- S.4.