Bölgələrdə “Şuşa İli” tədbirləri davam edir

 

Sumqayıt Regional Mədəniyyət İdarəsi (RMİ) Sumqayıt Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə şəhər Heydər Əliyev Mərkəzində “Şuşa İli” çərçivəsində şəhid və qazi ailə üzvlərinin əl işlərindən ibarət “Şuşa inciləri” adlı xeyriyyə satış-sərgisi keçirilib. Yazıçı Hafiz Ataxanlı şəhid məqamının ucalığından danışıb, şəhid və qazi övladlarının sərgisinin əhəmiyyətini vurğulayıb.

RMİ-nin rəisi Rəşad Əliyev Sumqayıtın mədəni mühitində davamlı olaraq bu qəbildən tədbirlərin keçirilməsini yüksək qiymətləndirib.

Xalq artistləri, aktyorlar Nurəddin Mehdixanlı, Əli Nur, Azərbaycan Yazıçılar Birliyi Sumqayıt bölməsinin rəhbəri Gülnarə Cəmaləddin və Bakı Dövlət Universiteti İslamşünaslıq Elmi Tədqiqat Mərkəzinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Yeganə Mirzəyeva satış-sərgini şəhidlərin ruhuna ehtiram, qazilərimizə diqqət kimi səciyyələndiriblər.

Bədii hissədə Sumqayıt şəhər F.Əmirov adına 5 nömrəli Uşaq musiqi məktəbinin “Buta” qızlar ansamblı və şəhər Heydər Əliyev Mərkəzinin əməkdaşları vətənpərvərlik ruhunda musiqi nömrələri ilə çıxış ediblər.

Sərgidə 14 müəllifin 60-dan çox əl işi nümayiş olunub.

 

***

Gəncə RMİ Gəncə şəhər MKS-nin 15 saylı kitabxana filialında “Qarabağın incisiŞuşa” başlığı altında rəsm saatı təşkil edilib.

***

Sabirabad RMİ Saatlı rayon Heydər Əliyev Mərkəzində Şuşanın 270 illik yubileyinə həsr olunan bilik yarışması təşkil edilib. Azərbaycanın tarixi, mədəniyyəti, xüsusən işğaldan azad olunan ərazilərimizlə bağlı mövzuları əhatə edən yarışmada ortaümumi orta olmaqla 8 məktəbin şagird və müəllim kollektivi iştirak edib.

***

Bərdə RMİ Bərdə Dövlət Rəsm Qalereyasında “Könlüm keçir Qarabağdan” adlı tədbir keçirilib. İdarə rəisi Vəsilə MöhsümovaŞuşa İli” münasibətilə regional idarələr tərəfindən keçirilmiş tədbirlərdən, Qarabağın zəngin mədəni irsinin qorunub saxlanılması və təbliği istiqamətində görülən işlərdən danışıb. Bədii hissədə Vətənimizi və mədəniyyət paytaxtımız Şuşanı vəsf edən mahnılar ifa olunub, məktəblilər vətənsevərlik mövzusunda şeirlər səsləndiriblər.

***

Şəki RMİ Zaqatala rayon Mədəniyyət Mərkəzinin Suvagil kənd Folklor evində “Qarabağın tacı, Zəfərin rəmzi” adlı tədbir təşkil olunub. Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə dövlət başçısının “Şuşa İli” ilə bağlı  sərəncamının əhəmiyyətini qeyd edib. Sonra Vətənə, işğaldan azad olunmuş doğma Qarabağa aid şeirlər səsləndirilib, mahnılar ifa olunub.

 

Mədəniyyət.- 2022.- 26 oktyabr.- S.4.