Bas bağrına bu Şaiqi, ey Vətən!”

 

 

Abdulla Şaiqin Mənzil-Muzeyi və Bakı Modern Təhsil Kompleksi Kitabxanasının birgə təşkilatçılığı ilə oktyabrın 21-də “Beynəlxalq Məktəb Kitabxanaları Günü”nə həsr edilmişBas bağrına bu Şaiqi, ey Vətən!” adlı tədbir keçirilib.

Tədbirdə muzeyin əməkdaşları, Bakı Modern Təhsil Kompleksinin təlim-tərbiyə işləri üzrə direktor müavini Kəmalə Bağırova, kompleksin kitabxanasının rəhbəri Ziba Şahbazova, sinif rəhbəri Lalə Məmmədova, şagirdlər, Prezident Kitabxanasının baş mütəxəssisi Rəxşanə Quliyeva, şəhid Fərrux Bayramovun həyat yoldaşı Nuridə Bayramova iştirak ediblər.

Kitabxanaçı Nərmin Səfərovanın aparıcılığı ilə keçən tədbirdə muzeyin direktoru Ülkər Talıbzadə və kompleksin direktor müavini Kəmalə Bağırova çıxış edərək kitabların və kitabxanaların insanların həyatında rolundan söz açıblar.

Sonra tanınmış ziyalıların görkəmli ədib, maarifçi Abdulla Şaiq haqqında fikirlərinin səsləndiyi videoçarx nümayiş olunub. Videoçarxda mətnlər təhsil kompleksinin müəllimləri tərəfindən səsləndirilib. Məktəblilər Abdulla Şaiqin şeirlərini söyləyib, vətənpərvərlik ruhlu mahnılar ifa ediblər.

Nuridə Bayramova həyat yoldaşı – şəhid Fərrux Bayramovla bağlı xatirələrini bölüşüb.

Sonda Abdulla Şaiqin Mənzil-Muzeyi tərəfindən tərtib və nəşr edilmiş kitablar Bakı Modern Təhsil Kompleksi kitabxanasının və Prezident Kitabxanasının nümayəndələrinə hədiyyə edilib. İştirakçılar muzeyin ekspozisiyası ilə tanış olublar.

 

 

Mədəniyyət.- 2022.- 26 oktyabr.- S.7.