BMM-in solistləri 15-ci Fəs Sufi Mədəniyyəti Festivalında iştirak edirlər

 

Mərakeşin Fəs şəhərində oktyabrın 22-dən 29-dək 15-ci Sufi Mədəniyyəti Festivalı keçirilir. Mərakeşin mötəbər mədəni tədbirlərindən olan festival müxtəlif ölkələrdən musiqiçi sənətkarları bir araya gətirib. Festivalın əsas məqsədi təsəvvüflə bağlı mədəni irsin təbliğidir. Festival çərçivəsində dəyirmi masalar, konsertlər, sənət sərgiləri, ustad dərsləri təşkil olunur.

Qeyd edək ki, təsəvvüf fəlsəfi-dini təliminin mahiyyətində insanın nəfsi ilə mübarizə aparması, bir neçə mərhələdən keçərək Həqiqətə qovuşması dayanır. Təsəvvüf həm İslam dinindəki mənəvi həyatın əxlaqi dəyərlərin digər adıdır. Beynəlxalq Muğam Mərkəzinin (BMM) solistlərindən ibarət heyət festivalda ölkəmizi təmsil edir. Festivalın açılışında səhnəyə çıxan Azərbaycan musiqiçilərinin ifası böyük maraqla qarşılanıb. Festivalın proqramına əsasən, oktyabrın 23-də xanəndələr Mirələm Mirələmov, Kamilə Nəbiyeva bir saatdan artıq proqramda muğam xalq mahnılarımızdan ibarət musiqi çələngi təqdim ediblər.  Xanəndələri nağarada Əməkdar artist Kamran Kərimov, tarda Zəki Vəliyev, kamançada Elnur Mikayılov müşayiət ediblər. BMM solistlərinin çıxışları iştirakçıların sürəkli alqışları ilə qarşılanıb konsert tədbirin rəsmiFacebooksəhifəsi ilə canlı yayımlanıb. Musiqiçilərimiz proqram çərçivəsində növbəti günlərdə səhnəyə çıxacaqlar.

Xatırladaq ki, festivalın təşkilat komitəsi BMM-i festivalın rəsmi tərəfdaşları sırasına daxil edib.

Xarici ölkələrin musiqi sahəsi üzrə qurumlar ilə əlaqələrin qurulması BMM-in prioritet istiqamətlərindən biridir. Bu günə kimi mərkəzinEtnomusiqi incilərilayihəsi çərçivəsində Yunanıstan, İtaliya, Avstriya, İsrail bir sıra ölkələrin musiqiçiləri Azərbaycan muğam ifaçıları ilə birlikdə konsert proqramları təqdim ediblər. Eyni zamanda BMM-in təşkilatçılığı ilə İsveçrə, Fransa, Polşa, Çin, Mərakeş, Hindistan, Rusiya Gürcüstana Azərbaycan musiqiçilərinin səfəri təşkil olunub.

 

Lalə

 

Mədəniyyət.- 2022.- 26 oktyabr.- S.2.