Muzeyi peşəkardan öyrənək”

 

Növbəti təlim-seminar İsmayıllıda təşkil olunub

 

Mədəniyyət NazirliyininMuzeyi peşəkardan öyrənək” layihəsi üzrə növbəti təlim-seminar İsmayıllı Heydər Əliyev Mərkəzində keçirilib. Seminarda İsmayıllı rayon RMİ-nin əhatə etdiyi İsmayıllı, Şamaxı, Ağsu, Qəbələ və Qobustan rayonları üzrə tarix-diyarşünaslıq muzeyləri, ev-muzeyləri, rəsm qalereyaları və Heydər Əliyev mərkəzlərinin direktorları, baş fond mühafizləri və elmi işçiləri iştirak ediblər.

Ümumilikdə 14 mədəniyyət müəssisəsindən 40 əməkdaşın qatıldığı təlim-seminarı Azərbaycan İstiqlal Muzeyinin direktoru Sədi Mirseyiblielmi fond işləri üzrə direktor müavini Aida Axundova aparıblar. Seminarda muzey sahəsində müasir çağırışlar, fond və mühafizə işis. mövzulardan bəhs edilib.

Yerlərdə muzeylərin fəaliyyətini aktivləşdirmək, müasir çağırışlara cavab verən muzey mühitini formalaşdırmaq məqsədi daşıyan layihənin digər regionlar üzrə fəaliyyət göstərən muzey müəssisələrinin əməkdaşları üçün təşkili də nəzərdə tutulur.

 

Mədəniyyət.- 2022.- 28 oktyabr.- S.4.