“Muğamın beşiyi
Şuşa”
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində “Muğamın beşiyi Şuşa” adlı ədəbi-musiqili gecə keçirilib.
Məktəbin tar ixtisası üzrə müəllimi Nurlan Cəfərli Şuşanın yaradıcı mühiti barədə məlumat verib. O, Şuşa musiqi məktəbi və məclislərindən, xanəndələrin yaradıcılığından, Şuşadan olan adlı-sanlı, nüfuzlu, mədəniyyət tariximizdə iz qoyan Hacıbəyli, Bədəlbəyli, Əmirov, Adıgözəlov soyları, Şuşanın Azərbaycan xalqına bəxş etdiyi böyük sənətkarlar barədə danışıb.
Ədəbi-musiqili gecədə məktəbin şagird və müəllimlərinin ifasında müxtəlif musiqi nömrələri səslənib.
Sonda məktəbin direktoru, Əməkdar artist
Əziz Qarayusifli çıxış edərək
tədbirin ərsəyə gəlməsində zəhməti
olanlara təşəkkürünü bildirib.
Mədəniyyət.- 2022.- 28 oktyabr.-
S.3.