“Aşıq deyişmələri”
antologiyası çapdan
çıxıb
Azərbaycan Aşıqlar Birliyində (AAB) ərsəyə gətirilmiş daha bir kitab – “Aşıq deyişmələri” adlı antologiya işıq üzü görüb.
Bu barədə məlumat verən AAB-nin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki, antologiya Azərbaycan aşıq ədəbiyyatının tarixində ən fəal və işlək bir sənət axarını – aşıq deyişmələrinin xronoloji mənzərəsini ortaya qoyan ilk sistemli nəşrdir. Topluda orta çağların Yetim Aydın, Aşıq Qərib, Qurbani, Abbas Tufarqanlı, Xəstə Qasım, Aşıq Valeh kimi böyük ustadların və onlardan sonrakı dönəmlərdə yaşayıb fəaliyyət göstərmiş Hüseyn Şəmkirli, Aşıq Ələsgər, Molla Cuma, Aşıq Şenlik, Hüseyn Bozalqanlı, Aşıq Şəmşir, Növrəs İman, Mikayıl Azaflı və digər saz-söz xadimlərinin yaradıcılıq nümunələri yer alıb.
Antologiyanın tərtibçiləri AAB-nin sədri, Əməkdar elm
xadimi, professor Məhərrəm
Qasımlı, professor Mahmud
Allahmanlı, filologiya üzrə fəlsəfə
doktoru Altay Məmmədli,
elmi redaktoru filologiya üzrə fəlsəfə doktoru Aynur Xəlilovadır.
Mədəniyyət.- 2022.- 28 oktyabr.-
S.6.