Bərdədə “Günahsız qurbanlar” nümayiş olunub
Bərdə Regional Mədəniyyət İdarəsi (RMİ) və Bərdə “ASAN Xidmət” mərkəzinin birgə təşkilatçılığı ilə rayon Mədəniyyət Mərkəzi nəzdindəki Xalq teatrının hazırladığı “Günahsız qurbanlar” tamaşasının nümayişi olub. Tamaşa 2020-ci ilin Vətən müharibəsində Ermənistanın dövlət terroru – Bərdə şəhərini raket atəşinə tutulmasından bəhs edir.
Xalq teatrının rejissoru Mehman Quliyevin quruluş verdiyi tamaşanın nümayişindən sonra Bərdə RMİ-nin rəisi Vəsilə Möhsümova və Bərdə “ASAN Xidmət” mərkəzinin direktoru İlahə Quliyeva çıxış ediblər. Vətənpərvərlik ruhunda hazırlanan belə tamaşaların vacibliyi vurğulanıb. Yaradıcı heyətə fəxri fərman və hədiyyələr təqdim edilib.
Qeyd edək ki,
2020-ci il oktyabrın 28-də Ermənistan
silahlı qüvvələri tərəfindən Bərdə
şəhərinə beynəlxalq hüquqla
qadağan olunmuş kaset bombalardan istifadə olunmaqla zərbələr endirilib.
Nəticədə aralarında uşaq və
qadınlar da olmaqla 20
sakin həlak olub, 82 nəfər
yaralanıb.
Mədəniyyət.- 2022.- 28 oktyabr.-
S.4.