“Nar bağı”
filmi İsveçrədə
festivalda
İsveçrənin Bazel şəhərində
keçirilən XVI “Cinema Querfeld”
festivalında Azərbaycan
rejissoru İlqar Nəcəfin “Nar bağı”
tammetrajlı bədii
filmi təqdim olunub.
Diasporla İş üzrə Dövlət Komitəsindən
bildiriblər ki, “Azərbaycanın Dostları”
Birliyinin təşkilatçılığı
ilə nümayiş etdirilən ekran əsəri isveçrəli
izləyicilərdə maraq
doğurub. Birlik filmin alman dilində altyazısını
xüsusi olaraq bu festival üçün
hazırlayıb.
Qeyd edək ki, İsveçrədəki
müxtəlif diaspor təşkilatlarının iştirakı
ilə gerçəkləşən
ənənəvi festivalda
filmlər çəkildiyi
dildə və almanca altyazı ilə tamaşaçılara
təqdim olunur.
“Nar bağı” filminin
təqdimatı çərçivəsində
İsveçrədə yaşayan
rəqqasə Mariya Xan Xoyskaya “Sarı
gəlin” Azərbaycan
xalq mahnısını
ifa edib. Onu isveçrəli
musiqiçi Yvette Baum müşayiət
edib.
“Azərbaycanın Dostları”
Birliyinin sədri Arzu Əliyeva – Bodmer bildirib ki, təşkilat
2014-cü ildən etibarən
hər il
“Cinema Querfeld” festivalında
iştirak edir və Azərbaycan filmlərini isveçrəlilərə
təqdim etməkdən
qürur duyur.
Mədəniyyət.- 2022.- 28 oktyabr.-
S.2.