Naxış-naxış incilər”

 

 

Masallı RMİ Masallı Tarix-Diyarşünaslıq Muzeyi, Gənclərin İnkişafKaryera Mərkəzi (GİKM) Masallı nümayəndəliyinin birgə təşkilatçılığı ilə xalq tətbiqi sənətinin inkişafı və gənclərin asudə vaxtlarının səmərəli təşkili ilə bağlı səyyar tədbir keçirilib.

“Naxış-naxış incilər” adlı tədbirdə muzeyin direktoru Əntiqə Tağıyeva iştirakçılara misgərlik və xalçaçılıq sənətinin tarixi barədə məlumat verib.

Əvvəlcə tədbir iştirakçıları Masallı şəhər sakini, xalçaçı Tünzalə Abuzərovanın həm də emalatxana kimi istifadə etdiyi evində olublar. Sənətkar xalqımızın qədim sənət nümunələrindən olan xalçaçılığın incəlikləri barədə gənclərə məlumat verib. Gənclər xalça toxunması prosesi ilə tanış olduqdan sonra dəzgah arxasında özlərini sınayıblar.

Daha sonra səyyar tədbir Boradigah qəsəbəsində misgər Taleh Ağayevin ev-emalatxanasında davam edib. Burada gənclər misgər sənətkarın mis qabları necə qalay etdiyinimis qab üzərində döymə üsulu ilə vurduğu zərif naxışların işlənməsi prosesini əyani izləyiblər.

Hər iki sənətkar gənclərə bölgənin qədim sənətkarlıq növləri ilə tanış olmağı və bu peşəyə yiyələnməyi tövsiyə ediblər.

 

Mədəniyyət.- 2022.- 7 sentyabr.- S.4.