Bakıda hind modası nümayişi

 

Hindistanın Bakıdakı səfirliyi “ANM Exhibitions” sərgi şirkəti ilə birgə “JW Marirott Abşeron Bakı” mehmanxanasında “Hindistan yaradıcılığı səhnədə” adlı eksklüziv moda nümayişi təşkil edib.

Tədbirdə rəsmilər, ticarət palatalarının nümayəndələri, adamları və media işçiləri, habelə Hindistanın tanınmış dizaynerləri – “CTC Malldan Sudeş Çabra, “Majestic by Japnah” brendindən HarmitQambir Capnah, “DeBeau” brendindən Bhavna ŞarmaSamant Çauhan iştirak ediblər. Moda şousunun rəhbəri və xoreoqrafı Anup Banercidir.

Hindistanın Azərbaycandakı müvəqqəti işlər vəkili Vinay Kumar tədbirdə çıxışında bildirib ki, bu eksklüziv moda nümayişi Hindistan səfirliyi tərəfindən ölkəsinin müstəqilliyinin 75 illiyini qeyd etmək məqsədilə həyata keçirilən “Azadi Ka Amrit Mahotsav” təşəbbüsü çərçivəsində təşkil olunan silsilə tədbirlərdən biridir.

V.Kumar Hindistanın dünyanın ikinci ən böyük tekstilgeyim istehsalçısı olduğunu vurğulayıb. Deyib ki, toxuculuqgeyim sənayesi Hindistan ÜDM-in 2,3 faizini və ixracının 12 faizini təşkil edir. Ölkədə 45 milyona yaxın insan tekstil və əl toxuculuğu sektorunda çalışır.

Diplomat həmçinin Hindistan və Azərbaycan arasında tekstilgeyim sektorunda əməkdaşlıq üçün geniş imkanların olduğunu bildirib. Vurğulayıb ki, bu moda nümayişi iki ölkə arasında ikitərəfli iqtisadi əlaqələrin inkişafına kömək edəcək.

O, tamaşaçıları sentyabrın 2-dən 12-dək Bakı İdman Sarayında keçiriləcək “Best of India” sərgisini ziyarətə, Hindistandan gətirilən yüksəkkeyfiyyətli məhsul və xidmətlərlə tanış olmağa dəvət edib.

Azərbaycanlı modellərin nümayiş etdirdiyi hind sariləri, gəlinlik lehanqalar və kolilər, şalvarkostyumlar, Qərb stilində olan şənlik geyimləri, yüksək dəb geyimləri tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

 

 

Mədəniyyət.- 2022.- 7 sentyabr.- S.8.