Ankarada “Beynəlxalq Anadolu
Günləri” festivalında “Azərbaycan otağı”
Ankaranın Etimesgut Bələdiyyəsi tərəfindən 24-cü “Beynəlxalq Anadolu Günləri” Mədəniyyət və Sənət Festivalı təşkil olunub.
Festival Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY, Azərbaycan, Özbəkistan Qazaxıstan, Qırğızıstan, Şimali Kipr Türk Cümhuriyyətinin səfirlikləri və digər qurumların dəstəyi ilə gerçəkləşib.
26 avqust – 4 sentyabr tarixlərini əhatə edən festivalın məqsədi türk dövlətləri və xalqlarının birliyini, bərabərliyini daha da möhkəmləndirmək, mədəniyyət və incəsənətinin yaşadılmasına, təbliğinə töhfə verməkdir.
Türkiyədəki səfirliyimiz tərəfindən festival çərçivəsində “Azərbaycan otağı” qurulub. Burada Azərbaycanın zəngin mədəniyyəti, tarixi, incəsənəti təbliğ olunur. Böyük maraqla qarşılanan “Azərbaycan otağı”nda ziyarətçilərə mədəni zənginliklərimiz haqqında məlumat verilib.
Festivalın ilk günlərində TÜRKSOY, Qars, Ərdahan, İğdır və Adananı təmsil edən ayrı-ayrı qurumlar tərəfindən mədəni proqramlar təşkil olunub. Sonrakı günlərdə qeyd olunan səfirliklərin və müxtəlif dərnək və qurumların iştirakı ilə maraqlı tədbir və təqdimatlar reallaşıb.
Festival sentyabrın 4-də
Türk Bəyləri Kənd Meydanında
Etimesgut Bələdiyyəsi və Azərbaycan
Səfirliyinin təşkil etdiyi konsert proqramı ilə başa
çatıb.
Mədəniyyət.- 2022.- 7
sentyabr.- S.8.