“Qarabağın
Antik dövr alban abidələri”
Ölkəmiz Tacikistanda “Gənc arxeoloqların məktəbi”ndə təmsil
olunub
MDB ölkələrinin Beynəlxalq Humanitar Əməkdaşlıq Fondunun
təşkilatçılığı ilə Tacikistanda qədim Sarazm əkinçilik məskənində
“Gənc arxeoloqların
məktəbi” təşkil
olunub.
Məktəbdə Azərbaycan, Tacikistan,
Rusiya, Belarus, Qazaxıstan
və Özbəkistandan
arxeoloqlar və gənc mütəxəssislər
məruzələrlə çıxış
edib, arxeoloji irsin qorunmasına dair vacib məsələləri
müzakirə etməklə
yanaşı, yeni təcrübə qazanıblar.
Tədbirdə ölkəmizi AMEA Arxeologiya,
Etnoqrafiya və Antropologiya İnstitutunun elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Gülanə Əliyeva, kiçik elmi işçi Vüsal Əliyev, Bakı Dövlət Universitetinin magistrantı Əvəz Orucov və Tarix fakültəsinin müəllimi, Milli Məclisin deputatı Naqif Həmzəyev təmsil ediblər.
İnstitutdan bildirilib ki, Gülanə Əliyeva “Qarabağın Antik dövr alban abidələri” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə Ağcabədi, Ağdam, Füzuli, Xocavənd və Qarabağın digər rayonlarının ərazisindəki Antik dövr abidələrindən bəhs olunub. Qalatəpə, Nərgiztəpə, Qaratəpə, Üzərliktəpə və digər bu kimi şəhər və kənd tipli yaşayış yerləri, küp və torpaq qəbirlərin xüsusiyyətləri, eləcə də əldə edilmiş əmək alətləri, bəzək əşyaları, metal məmulatı, keramika kimi maddi mədəniyyət nümunələri haqqında məlumat verilib.
Vüsal Əliyev isə “Mil düzünün Orta əsr abidələri (IX-XIII əsrlər)” mövzusunda məruzə ilə çıxış edərək ərazidən aşkar olunmuş müxtəlif maddi mədəniyyət nümunələri haqqında söz açıb.
Tədbir çərçivəsində iştirakçılar Sarazm, Erkən Orta əsr abidəsi Pəncikənd, Hisar qalası, fars-tacik ədəbiyyatının banisi A.Rudəkinin türbəsi, A.Rudəki adına Pəncikənd Diyarşünaslıq Muzeyi və Tacikistan Milli Muzeyində olublar.
Nümayəndə heyətimiz Azərbaycan Respublikasının Tacikistandakı səfiri Əlimirzamin Əsgərovla görüş keçiriblər.
Tədbirin bağlanış mərasimində Tacikistan Milli Elmlər Akademiyasının prezidenti, akademik Farhod Rahimi iştirakçılara sertifikatlar təqdim edib.
Bildirək ki, 100 hektara yaxın ərazini əhatə edən, Eneolit dövrü abidələrindən
olan Sarazm 2010-cu ildə
UNESCO-nun Dünya İrsi Siyahısına salınıb.
Mədəniyyət.- 2022.- 7
sentyabr.- S.7.