Paytaxt payızının caz havası

 

 

Mədəniyyət Nazirliyinin dəstəyi ilə 23-30 sentyabr tarixində XVII Bakı Beynəlxalq Caz Festivalı keçiriləcək.

Builki festivalda Azərbaycanla yanaşı, 13 ölkədən (İtaliya, Fransa, Türkiyə, Lüksemburq, Macarıstan, İsveçrə, Norveç, İsrail, Belçika, Niderland, Almaniya, Braziliya, Argentina) tanınmış ifaçılar Bakı payızına caz havası qatacaqlar.

Zəngin proqramı olan festival çərçivəsində Bakı sakinləri və şəhərimizin qonaqları konsertləri ödənişsiz izləmək imkanı qazanacaqlar.

Sentyabrın 23-də Heydər Əliyev Mərkəzinin parkında festivalın açılışı keçiriləcək. Eyni zamanda “QGallery”də sərgi, YARAT-da caz haqqında filmin nümayişis. tədbirlər təşkil olunacaq. Səyahət həvəskarı olan cazsevərlər canlı musiqinin sədaları altında “City Jazz Touravtobusu ilə paytaxtı gəzəcəklər.

Festivalın proqramına “I am Jazzman!” – caz ifaçılarının ənənəvi müsabiqəsi də daxildir. Bu il müsabiqənin peşəkar münsiflər heyətinə Türkiyə, Fransa və Azərbaycandan olan musiqiçilər daxildir.

Bakı Beynəlxalq Caz Festivalı haqqında ətraflı məlumatı festivalın saytından (www.bakujazzfestival.com) əldə etmək olar.

 

Mədəniyyət.- 2022.- 7 sentyabr.- S.1.