“Yaradıcılıq düşərgəsini
işğaldan azad
edilən bütün bölgələrdə
gerçəkləşdirmək istəyirik”
“Youth ArtCamp
Shusha and Baku” layihəsinə
yekun vuruldu
Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti tərəfindən təsdiq
edilmiş “Şuşa
İli” ilə bağlı Tədbirlər
Planı”nın müvafiq bəndinə əsasən, “Youth ArtCamp Shusha and Baku” (“Şuşa
və Bakı gənclər incəsənət
düşərgəsi”) adlı
beynəlxalq layihə
həyata keçirildi.
Sentyabrın 4-də Beynəlxalq Muğam Mərkəzində avqustun
26-dan reallaşdırılan layihənin bağlanış
mərasimi və yekun sərgisi təşkil olundu.
Sərgidə layihə çərçivəsində
Ağdam, Füzuli, Cəbrayıl və Şuşa şəhərlərini
ziyarət edən ölkəmizdən və
xaricdən 16 rəssamın
çəkdikləri rəsmlər
yer almışdı.
Tədbirdə çıxış edən mədəniyyət
naziri Anar Kərimov layihənin Azərbaycan Mədəniyyət
Nazirliyi, Azərbaycan Respublikasının UNESCO üzrə
Milli Komissiyası, ölkəmizin İspaniyadakı
səfirliyi və Andorranın UNESCO üzrə
Milli Komissiyasının
təşkilatçılığı ilə ərsəyə gəldiyini bildirdi.
Layihənin əhəmiyyətini qeyd edən nazir dedi: “Biz yaradıcılıq düşərgəsini
işğaldan azad edilən bütün bölgələrdə gerçəkləşdirmək
istəyirik. Bu dəfə
layihə Azərbaycanın
mədəniyyət paytaxtı
Şuşa şəhərində keçirildi.
Ermənistan 30 ilə yaxın
işğal altından
saxladığı əzəli
torpaqlarımızda tarixi-mədəni
irsi dağıtsa da, biz Qarabağı yenidən quracağıq.
Azərbaycan bölgədə davamlı sülhün yaradılması üçün
bütün səylərini
səfərbər edir.
Şuşanın və Qarabağın
digər bölgələrini
ziyarət edən rəssamlar təbiətdən
ilhamlanaraq öz təəssüratlarını kətan üzərinə
köçürüblər. Əminəm
ki, burada olarkən rəssamlar Azərbaycan xalqının
sülhsevər və
qonaqpərvər olduğunun
şahidinə çevrildilər.
Şadam
ki, UNESCO tərəfindən
yaradılan bu layihə gələcəkdə
Şuşanın beynəlxalq
aləmdə daha geniş tanıdılmasına
dəstək olacaq”.
Daha sonra nazir rəssamlara uğurlar arzuladı.
UNESCO-nun mədəni diplomatiya üzrə xoşməramlı
səfiri Hedva Ser Şuşanın müharibədən
əvvəlki və sonrakı vəziyyətini
şəkillərdə görərkən
çox təsirləndiyini
dedi, rəssamların
ərsəyə gətirdiyi
işlərin əhəmiyyətli
olduğunu vurğuladı.
Qeyd olundu ki, 2012-ci ildən başlanan layihə incəsənət
nümayəndələrini təkcə bir araya gətirmək üçün deyil, həmçinin dünya xalqları arasında mədəni körpünün
qurulmasına xidmət
edir.
Layihəni dəstəkləyən bütün qurumlara təşəkkürünü bildirən Hedva Ser gənc rəssamların maraqlı yanaşmalar ortaya qoyduqlarını dedi, onlara uğurlar
arzuladı.
Azərbaycan Rəssamlar İttifaqının
sədri, Xalq rəssamı Fərhad Xəlilov belə bir layihənin təşkilinə görə
minnətdarlığını bildirdi. Müxtəlif ölkələrdən
gəlmiş gənc rəssamlara azad düşüncənin və
sərbəst yanaşmalarının
təqdirlə qarşılandığını
dedi: “Gənc rəssamların görüşü,
xüsusən də müxtəlif ölkələrdə
baş tutan bu qəbildən layihələr böyük
təcrübə və
inkişafa zəmin yaradır. İnanıram ki, işğaldan
azad olunan ərazilərimizdə olan
gənc rəssamlar bu duyğunu gələcək əsərlərində
də tablolarda əks etdirəcəklər”.
Əməkdar rəssam Əsmər Nərimanbəyova sərginin layihədə iştirak edən rəssamlar üçün çox əhəmiyyətli olduğunu deyərək bu rəsmləri Ağdam, Füzuli, Cəbrayıl və Şuşanın bir güzgüsü olduğunu qeyd etdi. Bildirdi ki, rəssamlar Qarabağı olduğu kimi əks etdiriblər.
Sonra nazir Anar Kərimov və Hedva Ser layihədə iştirak edən rəssamlara sertifikatlar təqdim etdilər.
Layihə çərçivəsində gənc rəssamların çəkdiyi rəsm əsərlərindən ibarət kataloqun hazırlanması və xarici ölkələrdə yayımlanması, həmçinin rəsm əsərlərindən ibarət sərginin təşkili nəzərdə tutulur.
Sonda Nicat Aslanovun triosunun müşayiəti ilə xalq mahnılarımız və milli rəqslərimizdən ibarət caz konserti təqdim olundu.
Lalə
Mədəniyyət.- 2022.- 7
sentyabr.- S.1;3.