Mədəniyyət Nazirliyində görkəmli tarzənlə görüş

 

 

Sentyabrın 2-də görkəmli tarzən, Xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Fikrət Verdiyevin 75 illik yubileyi tamam olub.

Bu münasibətlə mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev sənətkarla görüşüb. Yubileyi münasibətilə tarzəni təbrik edən Elnur Əliyev onun yaradıcılığının daima diqqət mərkəzində olduğunu vurğulayıb, möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları arzulayıb.

Xalq artisti Fikrət Verdiyevöz növbəsində ona göstərilən diqqətə görə minnətdarlığını ifadə edib.

Qeyd edək ki, Fikrət Verdiyevin 75 illik yubileyi münasibətilə sentyabrın 24-də Heydər Əliyev Sarayında tanınmış sənətçilərin iştirakı ilə konsert keçiriləcək.

 

Mədəniyyət.- 2022.- 7 sentyabr.- S.3.