“Bundan sonra
da doğma Azərbaycanı
layiqincə təmsil edəcəyəm”
Mədəniyyət naziri Anar Kərimov sentyabrın 6-da görkəmli Belarus baletmeysteri, pedaqoq, SSRİ Xalq artisti, professor, həmyerlimiz Valentin Nikolayeviç Yelizaryevlə görüşüb.
Qonağı səmimi salamlayan Anar Kərimov Valentin Nikolayeviçin bir sənətkar kimi daim bəşəriyyəti narahat edən problemləri açıq şəkildə nümayiş etdirməyə çalışdığını vurğulayıb. Dünya şöhrətli baletmeysterin XX əsr balet sənətində özünəməxsus yerindən danışan nazir onun Azərbaycan və Belarus arasında yaradıcılıq sahəsində əməkdaşlığın möhkəmləndirilməsinə verəcəyi töhfənin əhəmiyyətini qeyd edib.
Nazir Azərbaycan mədəniyyətinin Belarusda, eləcə də dünyada layiqincə tanıdılmasına böyük töhfə verən sənətkara təşəkkürünü bildirib, “Şuşa – 270” döş nişanını təqdim edib.
Yaradıcılığına göstərilən böyük diqqət və qayğıya görə təşəkkürünü bildirən Valetin Yelizaryev bundan sonra da dünyaya göz açdığı doğma Azərbaycanı layiqincə təmsil edəcəyini bildirib.
Anar Kərimov görkəmli
baletmeysterə möhkəm cansağlığı və
yaradıcılıq uğurları arzulayıb.
Mədəniyyət.- 2022.- 7
sentyabr.- S.2.