Bolqarıstanda festivalda
Azərbaycan mədəniyyəti ilə bağlı təqdimat
Bolqarıstanın Küstendil şəhərində “Struma səhnələri” beynəlxalq festivalı çərçivəsində Azərbaycan mədəniyyəti təqdim olunub. Təqdimat Bakı Slavyan Universitetinin Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetinin nəzdində fəaliyyət göstərən “Azərbaycan dili və mədəniyyəti mərkəzi”nin təşəbbüsü və Küstendil meriyası, “Presto” musiqi evi və “Bratstvo – 1869” icma mərkəzinin təşkilatçılığı ilə gerçəkləşib.
“Bratstvo – 1869” icma mərkəzində Azərbaycana həsr olunmuş uşaq rəsm sərgisi təşkil edilib.
Festivalın direktoru Nadejda Dimitrova giriş sözündə iştirakçıları təqdim edib, festivalın məqsədindən danışıb.
Sofiya Universitetinin nəzdində “Azərbaycan dili və mədəniyyəti mərkəzi”nin müdiri Sofiya Şıqayeva-Mitreska təqdim olunan rəsmlərin bolqar uşaqların əlləri ilə yaradıldığını və yurdumuzun rəngarəngliyini tanıtmaq məqsədilə nümayiş etdirildiyini bildirib.
Mərkəzin müdiri cari il Azərbaycan və Bolqarıstan arasında diplomatik münasibətlərin 30 illiyinin qeyd edildiyini də vurğulayıb və Sofiyada keçirilən mədəniyyət tədbirlərində “Azərbaycan dili və mədəniyyəti mərkəzi”nin iştirakının dostluq münasibətləri üçün simvolik olmasını qeyd edib.
Sonra Damyan Mitreski Azərbaycan dilində Mina Rəşidin
“Ana dili” şeirini söyləyib. Qonaqlar üçün çay süfrəsi təşkil
edilib və mərkəzin müdiri onları Azərbaycanın
adət-ənənələri ilə yaxından tanış edib.
Küstendil şəhərində “Struma səhnələri”
festivalı sentyabrın
17-dək davam edəcək.
Mədəniyyət.- 2022.- 9
sentyabr.- S.5.