Tərcüməçi-yazar Səyavuş
Məmmədzadə dünyasını dəyişib
Əməkdar incəsənət xadimi, şair, tərcüməçi Səyavuş Məmmədzadə sentyabrın 3-də, 85 yaşında vəfat edib.
Səyavuş Məmmədzadə 2 oktyabr 1935-ci ildə Bakıda anadan olub. BDU-nun Filologiya fakültəsində ali təhsil alıb. Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunun bədii tərcümə bölməsini bitirib.
“Molodyoj Azerbaydjana” qəzetində mütərcim, ədəbi işçi, Azərbaycan Dövlət Nəşriyyatında redaktor, “Literaturnı Azerbaydjan” jurnalında ədəbi işçi, tənqid və publisistika şöbəsinin müdiri işləyib. Azərbaycan ədəbiyyatından rus dilinə, rus, bolqar, Ukrayna, Polşa ədəbiyyatından Azərbaycan dilinə tərcümələr edib. Povest, hekayə və şeirlər toplularının müəllifidir.
Allah rəhmət eləsin.
Mədəniyyət.- 2022.- 9
sentyabr.- S.6.