“Mədəni zənginliklərimizin təbliğinə töhfə vermək istəyirik”

 

Sentyabrın 8-də “Courtyard by Marriott Baku” hotelində “Cultural Network House” Assosiasiyasının təqdimatına həsr olunan tədbir keçirildi.

Assosiasiyanın sədri Aynur Süleymanzadə bildirdi ki, məqsədləri Azərbaycanın milli-mənəvi irsini, ənənələrini zəngin mədəniyyətini dünya xalqlarına çatdırmaq, eyni zamanda ölkənin mədəni həyatında fəal iştirak etmək, vebinarlar, ustad dərsləri s. təşkil etməkdir. Assosiasiya qısa zamanda yaranmasına baxmayaraq, “Ustad dərsləri”, “Biz sənətkarıq”, “Art-terapiyakimi bir neçə mədəniyyət tədbiri həyata keçirib. Eyni zamandaSənətlə toxunuşadlı layihəsi qrant qazanıb. Bu layihənin məqsədi sosial-psixoloji vəziyyəti gərgin olan sığınacaqlarda yaşayan ana uşaqlarda art-terapiya metodu vasitəsilə emosional vəziyyətin yaxşılaşdırılması stresin azaldılmasına, özgüvənin artırılmasına dəstək olmaqdır.

Aynur Süleymanzadə əlavə etdi ki, qurum beynəlxalq müstəvidə Azərbaycan mədəniyyətinin təbliğini həyata keçirir. Assosiasiyanın nümayəndə heyəti avqust ayında Türkiyə-Azərbaycan Dostluq, İşbirliyi və Dayanışma Vəqfinin dəvəti ilə ilk türk qadın vəkil Sürəyya Ağaoğlunun (1903-1989) anadan olmasının 119-cu ildönümünə həsr edilmiş simpoziumda iştirak edib. Səfər zamanı iki qurum arasında hər iki ölkədə mədəni tədbirlərin təşkilinə və əməkdaşlıqla bağlı razılıq əldə olunub.

Tədbirdə qurumun növbəti il üçün tədbirlər planı haqqında da məlumat verildi.

Əməkdar artist, sənətşünaslıq üzrə fəlsəfə doktoru Toğrul Əsədullayev assosiasiyanın fəaliyyətini yüksək qiymətləndirdi. Kamança ifaçısı “Cultural Network House” Assosiasiyası və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Ustad dərsləri” layihəsində iştirakından məmnunluğunu dilə gətirdi. Dedi ki, layihə çərçivəsində istedadlı uşaqlardan ibarət xalq çalğı alətləri ansamblı yaradılıb. Ansambl artıq İctimai Televiziyanın “Ustad dərsi” proqramında onun rəhbərliyi ilə konsert proqramı da təqdim edib. Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin nəzdində fəaliyyət göstərən 36 musiqi məktəbindən seçilən istedadlı uşaqlar gələcəkdə tanınmış ifaçı və musiqiçilərin ustad dərslərində də iştirak edəcəklər. Əməkdar artistlər – pianoçu Şahin Növrəsli, dirijor Fuad İbrahimovla gənc musiqiçilərin yaxın günlərdə görüşləri təşkil olunacaq.

Tədbirin sonunda T.Əsədullayevin rəhbərliyi ilə istedadlı uşaqlardan ibarət ansamblın çıxışı təqdim olundu. Proqramda xalq mahnılarımız səsləndirildi.

 

Lalə Azəri

 

Mədəniyyət.- 2022.- 9 sentyabr.- S.3.