“Balıqlara xütbə” “Asiya
kinosuna pəncərə”də
Azərbaycanlı rejissor Hilal Baydarovun “Balıqlara xütbə” filmi Cənubi Koreyada – Busan Beynəlxalq Film Festivalının “Asiya kinosuna pəncərə” bölümündə nümayiş olunacaq. Festival oktyabrın 5-dən 14-dək davam edəcək.
Busan şəhərində keçirilən ənənəvi festival Asiyanın nüfuzlu film yarışmalarından biridir.
Xatırladaq ki, Hilal Baydarovun yeni filmi avqust ayında 75-ci Lokarno Film Festivalının (İtaliya) əsas müsabiqə proqramında nümayiş olunub və maraqla qarşılanıb.
“Balıqlara xütbə” festivalda jürinin “Xüsusi diqqət” (“Special Mention Pardo Verde WWF”) və gənc münsiflər heyətinin mükafatlarına layiq görülüb.
“Balıqlara
xütbə” filmi Azərbaycan, Meksika, İsveçrə və Türkiyə
kinematoqrafçılarının birgə işidir.
Filmin ssenari müəllifləri
Hilal Baydarov və Aisu Akcandır. Ekran əsəri
müharibələrdə, savaşın ağrıları
içində itmiş, unudulmuş
ruhlar haqqında fəlsəfi
nağıldır.
Mədəniyyət.- 2022.- 9
sentyabr.- S.8.