İranla mədəni sahədə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb

 

 

Azərbaycan Respublikasının İrandakı səfiri Əli Əlizadə İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatının rəhbəri Məhəmməd Mehdi İmanipur ilə görüşüb.

Görüşdə iki ölkə xalqlarının tarixi, mənəvi və mədəni bağlılığı, mədəniyyət və incəsənət sahəsində əməkdaşlığın önəmi qeyd olunub.

Qarşılıqlı olaraq mədəniyyət günlərinin hər iki ölkənin paytaxt və regionlarında keçirilməsi, kino həftələrinin, müştərək sərgilərin, konfransların, səfərlərin təşkil olunması, dini, tarixi-mədəni abidələrin qorunması və digər birgə tədbirlərin reallaşdırılması istiqamətində fikir mübadiləsi aparılıb.

 

Mədəniyyət.- 2022.- 9 sentyabr.- S.3.